RUSİYA TÜRKİYƏNİ İTTİHAM ETMƏYƏ BAŞLADI... -Əsəd legitim prezident, müxalifət terrorçudur?

Türkiyənin İdlib rayonuna hücumlarını önləmək məqsədilə bölgədə hava patrulu təkcə Suriyanın deyil, həm də Rusiyanın qırıcıları tərəfindən həyata keçiriləcək.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Nazirliyin məlumatında Rusiya ilk dəfə rəsmi olaraq Türkiyəni Suriyanın İdlib əyalətində “terrorçuları” dəstəklməkdə günahlandırıb.
Döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi xəbər verib ki, fevralın 20-də quldur dəstələri böyük miqdarda zirehli texnikadan istifadə etməklə, Suriya hökumət qyvvələrinə qarşı Kminas və Nayrab məntəqələrinin yaxınlığında bir neçə genişmiqyaslı hücum həyata keçirib.
“Döyüşçülərin hücumları Türkiyə Silahlı Qüvvələrinin artileriyası tərəfindən dəsətək alıb ki, bu da terrorçulara Suriya ordusunun müdafiəsini yarmağa imkan verib” - Nazirliyin nümayəndəsi bəyan edib.

Məqamındaca qeyd etmək yerinə düşər ki, Rusiyanın «terrorçu dəstələr» adlandırdığı qüvvələr əslində bundan əvvəl Suriyadakı münaqişə tərəflərinin hamısının «mötədil müxalifət» alandırdığı silahlılardı. Hansı ki, onlar lap əvvəldən Bəşər Əsədin hakimiyyətdən getiməsini tələb edirlər.
Uzan müddət bu qvvələrə yönəlik bir növ, «dözümlü davranan» Rusiya indi ona qarşı döyüşməkdə Əsədə dəstək verir və bu zaman Əsədin «legitim dövlət başçısı» olduğunu vurğulayır.

Xatırlayırsınızsa, Suriya üzrə Astana danışıqlarında bü qüvvələr döyüşən tərəf kimi təmsil olunurdu. Həm də Astana danışıqlarında Suriyanın gələcəyinin müəyən olunması istiqamətindəki danışıqlar zamanı «Suriyanın gələcəyində Əsədin yeri yoxdur» tezisi müzairkə olunarkən, Rusiya buna eitiraz bildirməmişdi.
Xatırladaq ki, Rusiya Asatana danışıqlarında qarant tərəf kimi iştirak edirdi. İndi nə dəyişib ki, Rusiya «mötədil müxaliəti» terrorçu adlandırır?
Onu da yaddan çıxartmaq lazım deyil ki, başda ABŞ olmaqla, beynəlxalq koalisiya və Türkiyə uzun müddət Suriyadakı mötədil müxalifəti müdafiə edib. Nədən ki, bu qüvvələrin özəyini Əsədə qarşı üsyana qalxmış Suriya vətəndaşları təşkil edir. Görünür ki, Suriya böhranı bitəndən sonrakı dövrdə Əsədin «yerini bərkitmək» üçün Rusiya indidən önləyici tədbirlər görmək qərarına gəlib.
Digər bir məqama da diqqət yetirmək gərəkdir. Rusiya Suriyaya soxularkən, «legitim prezident» tərəfindən dəvət olunduğunu elan etmişdi və ötən illər ərzində bu «arquenti» təkrarlamaqdan yolrulmur.
Belədə, məntiqi sual yaranır: Gerçəkənmi, Hafiz oğlu Bəşər Əsəd Suriynın legitim prezidentidir?

Tərəddüd etmədən, buna şübhə etməyə yetərincə əsas var. Məsələn, atası Hafiz Əsədin ölümünə qədər oğlu Bəşər İngiltərədə həkimlik edirdi və siyasətdən uzaq birisi idi.
Hafiz Əsəd öz varisi kimi böyük oğlunu görürdü. Amma böyük oğlu gözlənilmədən avtoqəzada həlak olub. Bundan sonra Bəşər «zorən siyasətçi»yə çevririb.
Hafizin ölümündən sonra Bəşərin prezidentliyə gətirilməsi məsələsi ortaya çıxıb, amma Suriyanın əsas qanunu ilə nəzərdə tutulmuş yaş senzi buna imkan vermirdi.

Məhz bu zaman suriyalıların iradəsinin əksinə olaraq, qanunda yaş senzini 40-dan 34-ə endiriblər. Sonrası da hamıya məlumdur…
Yeri gəlmişkən, 2011-ci ildən üzübəri Suriyanı bürümüş vətəndaş müharibəsinin təməlində də məhz bu mətləb dayanır - Bəşər Əsəd hakimiyyətə «zorla gətirilib» - Suriya xalqı onu istəmir.
Deməli, Bəşər Əsəd «legitim prezident» sayıla bilməz. Üstəlik də yaddan çıxartmaq olmaz ki, onun atası Hafiz Əsəd də «BƏƏS» partiyasının həyata keçirdiyi dövlət çevrilişi yolu ilə Suriya hakimiyyətini mənimsəmişdi.
İndi Rusiya suriyalıların «düşmən» elan etdiyi Bəşəri önə çıxartmaqla, öz maraqlarını irəli aparır və bu zaman Soçi razılaşmasının şərtlərini quraqardına vurmaqdan çəkinmir…
Ümumiyyətlə, dünyanın harasında olursa olsun, separatizmin və terrorçuluğun meydan suladığı ölkələrin əksəriyyətində «Rusiya barmağı» görsənir. Məsələn, Liviyada, Suriyda, İraqda, Ukraynada, Gürcüstanda, Moldovada, Əfqanıstanda, Azərbaycanda və s.
Bir məsələ aydındır ki, Rusiya «Əsəd, Əsəd» deyə, bağırsa da onun xatirinə nə Türkiyə ilə, nə ABŞ-la, nə də beynəlxalq koalisiyanın digər üzvləri ilə açıq müharibəyə getməz. Sadəcə, «Əsəd, bərk dur!» deməklə kifayətlənəcək.
Əsəd isə bütün bunlrı anlamamış deyil. Ancaq fürsət düşdükcə, ölkədəki güclərin köməyinə söykənib, ənənəvi düşməni saydığı Ərdoğana (Türkiyəyə) maksimum zərər vurmağa çalışır. Hafiz oğlu onsuz da anlamamış deyil ki, gerçəkdən, Suriyanın gələcəyində onun yeri yoxdur.
Bir məqama da toxunmaq pis olmazdı. Rusiya-Türkiyə münasibətlərinin isinməyə başladığı ilk günlərdən başlayaraq, rus siyasətçilərinin, analitikərinin əksəriyyəti açıq mətnlə bildirirdilər ki, Moskva- Ankara yaxınlaşması dostluq, strateji tərəfdaşlıq deyil. Sadəcə, tərəflərin maraqlarının tələb etdiyi müvəqqəti yaxınlaşmadır, vəssalam.
İdlib problemi bunun nə qədər doğru olduğunu ortaya qoyur. Bir avropalı siyasətçinin dediyi kimi, gerçəkdən «Rusiya səbrli düşməndir»…
Mirzə AĞ