AVROPA MƏHKƏMƏSİNDƏN AZƏRBAYCANA QARŞI ŞOK QƏRAR -Ermənilərin iddiası təmin olundu
Bu gün, yanvarın 30-da Avropa Məhkəməsi Azərbaycanla bağlı 8 şikayət üzrə qərarını elan edib. Həmin qərarlar üzrə iddia olunan pozuntuların əksəriyyəti tanınıb, hökumət bu işlərdəki ərizəçilərə cəmi 121 min 849 avro təzminat ödəməlidir.
Elçin Namazovun vəkillikdən uzaqlaşdırılması
Elcin Namazov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi iddia olunan pozuntunu – Konvensiyanın 8-ci maddəsinin (şəxsi həyatın toxunulmazlığı) pozuntusunu tanıyıb. Hökumət vəkillikdən uzalqaşdırılmış hüquqçuya 7850 avro təzminat ödəməlidir.
İş haqda: Elchin Namazov işi müxalif fəalların vəkilinin məhkəmə hakimi ilə sözlü mübahisədən sonra vəkillikdən uzaqlaşdırılması ilə bağlı idi. E.Namazovun 2011-ci ildə vəkillək fəaliyyətinə xitam verilib. Vəkillər Kollegiyası o zaman hesab etmişdi ki, E.Namazov hakimlə sərt mübahisə etməklə vəkillik qanunvericiliyinin pozuntusuna yol verib.
Cəbhəçi ilə müsavatçının şikayəti
Məhkəmə "Tofiq Yaqublu və Əhədov Azərbaycana qarşı" işində işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, birləşmək hüquqlarının pozuntusunu tanıdı. Azərbaycan hökuməti bu pozuntulara görə, Yaqubluya 16900, Əhədova isə 13300 avro təzminat ödəməlidir.
İş haqda: Müsavatçı Tofiq Yaqublu və AXCP üzvü Əhədov iddia edirdilər ki, 2011-ci ilin aprelində müxalifətin aksiyasında saxlanılıb, polisdə pis rəftara məruz qalıblar. T.Yaqubluya polisə tabe olmamaq əsası ilə 8 sutka inzibati həbs cəzası alıb, onun istədiyi vəkillə müdafiəsinə imkan yaradılmayıb, işgəncə iddialarıa raşdırılmayıb.
Şəxsiyyət vəsiqəsi verilməsindən imtına, məhkəmələrin iki azyaşlı uşağı ataya verməsi
Eldar Əhmədov Azərbaycana qarşı işdə də AİHM 8-ci maddənin poulduğuan qarar verdi. Qərara görə, hökumət ərizəçiyə 7500 avro təzminat ödəməlidir.
İş haqda: Əhmədov Gürcüstanda anadan olub. Onun şikayəti Azərbaycanın səlahiyyətli qurumlarının ərizəçiyə şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsi ilə əlaqə idi.
AİHM "Babayeva Azərbaycan qarşı" işində də 8-ci maddənin pozuntusunu tanıdı. Hökumət ərizəçiyə 4500 avro təzminat ödəməlidir. Ləman Babayeva işi valideynlik hüququ ilə bağlı idi. Bu işdə yerli məhkəmələr iki azyaşlı uşağı ondan alıb ataya vermişdilər.
Ukrayna, Norveç və Ermənistan vətəndaşlarının şikayətləri
"Babin və digərləri Azərbaycan qarşı" işində AİHM iddia olunan pozuntunu - ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna qərar verdi. Hökumət bu iş üzrə ərizəçilərə ümumilikdə 6199 avro təzminat ödəməlidir.
İş haqda: Ukrayna vətəndaşı olan hərbi mühəndis Sergey Bibin Azərbaycanda həbsdədir. İşin materiallarına görə, ərizəçi 2010-cu ilin sonunda qardaşı və bir tanışı ilə birlikdə Kiyevdən Tehrana uçarkən Bakıda tutulub. Onun üzərindən hərbi təyinatlı elektrik relesi və kontaktor sistemi tapılıb. Əvvəlcə dələduzluqda, daha sonra isə mütəşəkkil qaçaqmalçılıqda ittiham olunan Babin Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə 9 il azadlıqdan məhrum edilib. Babin istintaq və məhkəmə zamanı ittihamları rədd edib, İrana təmir işləri üçün getdiyini, hər hansı qanunsuz əmələ yol vermədiyini bildirib. Babin ədalətli məhkəmə araşdırması hüququna müdaxilə edildiyini iddia edirdi.
"Yahova şahidləri dini icması və Oddvar Hansen Azərbaycan qarşı"işində də ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu tanınıb. Qərara görə, Azərbaycan bu iş üzrə ərizəçilərə 3400 avro ödəməlidir.
Bu işdə ərizəçilər 2006-cı ildə Bakıda Yahova şahidləri dini icmasının 200-ə qədər üzvünün iştirakı ilə dini mərasim keçirərkən saxlanılmış, onlara məxsus kompüter avadanlıqları, dini ədəbiyyat və digər əşyalar götürülmüşdü.
"Sarıbekyan və Balyan Azərbaycan qarşı" işində iddia olunan pozuntuların əksəriyyəti tanınıb. AİHM hesab edib ki, bu işdə yaşamaq, işgəncəyə məruz qalmamaq hüquqlarına müdaxilə olunub. Qərar Azərbaycan hökumətinin Ermənistan vətəndaşlarına 62 200 avro təzminat ödəməsini nəzərdə tutur.
Bu işdə Azərbaycanı təmsil edən hakim Lətif Hüseynov qərara müxalif qalıb, öz müxalif rəyini təqdim edib.
İş haqda: Ermənistan vətəndaşları olan Saribekyan və Balyan-ın Azərbaycana qarşı şikayəti onların oğullarının Azərbaycanda ölümü ilə bağlıdır. Şikayətdə bildirilir ki, oğulları Qarabağda azıb, Azərbaycana gəlib çıxıb. Hərbçilər erməninin kənd məktəbini partlatmaq planının iştirakçısı olmaqda şübhəli kimi saxlayıblar. O, Bakıya gətirilib, Bakıda hərbi polsi nəzarətində saxlanılarkən özünü asıb, cəsədi Ermənistana verilib. Şikayətdə iddia edilir ki, erməni işgəncə ilə öldürülüb. Məhkəmədən Konvensiyanın 2-ci, 3-cü, 13-cü və 14-cü maddələrinin pozuntusunun tanınması istənilib.