Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hakimiyyət Əli Kərimliyə, İsa Qəmbərə pul ödəyəcək -Azərbaycan 241 min avro cərimələndi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün – aprelin 13-də Azərbaycanla bağlı daha 22 şikayət üzrə qərarını elan edib. 22 şikayət birləşdirilərək iki qərar verilib.

Yenixeber.org:   Azadlıq Radiosunun məlumatına görə, bu haqda məhkəmənin məlumatında bildirilir.

AİHM 22 şikayət üzrə hökuməti ümumilikdə 241 min avro cərimələyib.

Qərarlardan biri siyasətçilər İsa Qəmbərin, Əli Kərimlinin, Adil Qeybullanın, Pənah Hüseynin, Arzu Səmədbəylinin, Qiyas Sadıqovun, Leyla Mustafayevanın, Sitarə Zeynalovanın, Yaqub Babalının və Soltanəhməd Məlikovun şikayətləri ilə bağlıdır. Onlar 2010-cu ildə Azərbaycanda keçirilmiş parlament seçkilərində deputatlığa namizəd olublar. Həmin şəxslər şikayətlərində iddia ediblər ki, onların seçki hüquqları pozulub.

Məhkəmə ərizəçilərin seçki hüququnun pozuntusunu tanıyıb. Habelə, hökumətin Konvensiyanın 34-cü (Fərdi şikayətlər) maddəsi üzrə öhdəlikləri yerinə yetirmədiyini bildirib. Məhkəmə qərarına görə, hökumət ərizəçilərin hər birinə 10 min avro təzminat ödəyəcək. Hüquq məsrəflərinə görə, hər bir ərizəçiyə əlavə olaraq 1000 avro da ödənilməlidir.

Digər qərar da 2010-cu ildə keçirilmiş parlament seçkiləri ilə bağlıdır. Həmin qərarİlham Hüseynlinin, Sahib Kərimlinin, Salman İmanlının, Gözəl Bayramlının, Nemət Əliyevin, Nəriman Yəhyayevin, Bəxtiyar Hacıyevin, Tofiq Yaqublunun, İlqar Hüseynlinin, Sərdar Məmmədovun, Arif Mansurovun və İkram İsrafilinşikayətləri üzrə çıxarılıb.

Məhkəmə bu işdə də Konvensiyanın 1 saylı Protokolunun 3-cü (seçki hüququ) maddəsinin pozuntusunu tanıyıb. Bu işdə hər bir ərizəçiyə mənəvi zərərə görə 10 min avro ödənilməlidir. Hüquq məsrəflərinə görə isə ərizəçilərdən 11-nin hər birinə 1000 avro verilməlidir.

Bu gün, aprelin 13-ü Avropa İnsan Hüquqları Məhkəməsi «Monitor» jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun mühacirətdə olan həyat yoldaşının şikayəti üzrə də qərar verib. Məhkəmə jurnalistin qətlini effektiv araşdırmadığı qənaətinə gəlib, hökuməti 30 min avro cərimələyib.

Ayın əvvəlində isə AİHM Azərbaycandan gələn şikayətlərdən 11-i ilə bağlı qərar verərək, hökuməti 82 min avro cərimələmişdi. Həmin şikayətlərdə isə sərbəst toplaşmaq azadlığının pozulmasından bəhs edilirdi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam