ABŞ Ukraynaya "sülh planı" təqdim edib -Təslim olmaq tələb edilib

ABŞ administrasiyası Ukrayna münaqişəsi ilə bağlı yeni sülh müqaviləsi təşəbbüsü ilə çıxış edib.
Yenixeber.org: CNN-in öz mənbələrinə istinadən yaydığı məlumata görə, yeni sülh planının hazırlanmasına ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir.
"Axios" portalı isə qeyd edir ki, ABŞ-ın Ukrayna üzrə təqdim etdiyi yeni tənzimləmə planı Krım və Donbasın Rusiya əraziləri kimi tanınmasını ehtiva edir.
Nəşrin yazdığına görə, “ABŞ və digər ölkələr Krım və Donbası Rusiya əraziləri kimi tanıyacaq, lakin Ukraynadan bunu etməsi tələb olunmayacaq”.
Qeyd edilir ki, bu plan Donbasda Ukraynanın güzəştə gedəcəyi ərazilərin demilitarizasiya olunmuş zona kimi qəbul edilməsini nəzərdə tutur.
“Həmin ərazilər Rusiyanın nəzarətində olsa da, Ukraynanın güzəştə gedəcəyi Donbas bölgələri demilitarizasiya zonası sayılacaq və Rusiya orada hərbi qüvvə yerləşdirə bilməyəcək”, - portal vurğulayır.
ABŞ-ın planı rus dilinin Ukraynada dövlət dili kimi tanınmasını nəzərdə tutur. Sənəd həmçinin Rus Pravoslav Kilsəsinin yerli nümayəndəliyinə rəsmi status verilməsini nəzərdə tutur.
Nəşrin məlumatına görə, ABŞ-ın planında Kiyevə hərbi yardımın azaldılması da var.
“Ən önəmlisi odur ki, plan Ukraynanın əsas silah növlərindən imtina etməsini və ABŞ-ın hərbi yardımının azaldılmasını nəzərdə tutur”, - məlumatda deyilir.










AZ
RU