Redaktor seçimi
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Mehdiyev və Akif Əlizadənin rəhbərlik dövrü ARAŞDIRILIR

Mehdiyev və Akif Əlizadənin rəhbərlik dövrü ARAŞDIRILIR

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) araşdırmalar davam edir.

Yenixeber.org: Araşdırma AMEA prezidenti İsa Həbibbəylinin rəhbərlik etdiyi dövrü, eyni zamanda, daha öncəki rəhbərlərin (Ramiz Mehdiyev, Akif Əlizadə) fəaliyyət illərini əhatə edir.

Araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparıldığı bildirilir.

İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır.

Qeyd edək ki, indiyədək AMEA-da baş verən qanun pozuntuları ilə bağlı fərqli illərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müxtəlif cinayət işləri istintaq olunub.

Baş prokuror Kamran Əliyev də oktyabrın 1-də mətbuata açıqlamasında AMEA-da ayrı-ayrı vaxtlarda baş verən qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparıldığını bildirmişdi.

O, cinayət işlərinin bir neçə istiqamət üzrə araşdırıldığını açıqlamışdı. “Məndə olan məlumata görə, artıq bəzi epizodlar üzrə ibtidai istintaq yekunlaşıb. Həmin cinayət işləri baxılması üçün məhkəməyə göndərilib”.

Hazırda isə sözügedən qurumdakı qanun pozuntuları ilə bağlı başqa cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. (apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam