Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun sosial media səhifələri fəaliyyətə başlayıb
Gələn il Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası üçün rəsmi sosial media səhifələri artıq fəaliyyətə başlayıb.
Yenixeber.org-un məlumatına görə, məqsəd davamlı şəhər inkişafı üzrə ən böyük qlobal tədbirə hazırlıq prosesi və Forum üzrə həyata keçirilən layihələr barədə yerli və beynəlxalq auditoriyanı məlumatlandırmaqdır.
BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan Hökuməti arasında əməkdaşlıq çərçivəsində keçiriləcək forum dünyanın müxtəlif ölkələrindən hökumətləri, bələdiyyələri, özəl sektorları, vətəndaş cəmiyyətlərini, gəncləri və akademik dairələri, habelə beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirəcək.
Qeyd edək ki, forum 2026-cı il mayın 17-dən 22-dək davam edəcək.
WUF13 sosial media hesablarına keçidlər:
- https://x.com/WUF13Azerbaijan
- https://www.facebook.com/WUF13Azerbaijan
- https://www.instagram.com/wuf13azerbaijan/
- https://www.linkedin.com/company/wuf13azerbaijan








AZ
RU