Ermənistan MSK: Gələn il parlament seçkiləri daha baha başa gələcək
2026-cı ildə Ermənistanda parlament seçkilərinin keçirilməsi üçün dövlət büdcəsindən təxminən 4,45 milyard dram (11,6 milyon dollar) ayrılacaq.
Yenixeber.org xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Ovakimyan parlament komissiyaları səviyyəsində 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi çərçivəsində deputatların suallarını cavablandırarkən bildirib.
MSK 2021-ci ildə növbədənkənar parlament seçkiləri üçün təxminən 2,8 milyard dram (təxminən 7,3 milyon dollar) alıb. Seçki məntəqələrində müşahidə kameralarına xidmət göstərilməsi üçün daha 1,1 milyard dram (təxminən 2,8 milyon dollar) dövlət büdcəsindən ödənilib. Lakin bu 1,1 milyardı nəzərə alsaq belə, 500 milyon dramdan bir qədər çox fərq qalır.
O izah edib ki, bu fərq məntəqə seçki komissiyalarının üzvlərinin və müşahidə kameralarına xidmət göstərən heyətin əmək haqlarının artması ilə şərtlənib.
Bundan əlavə, 2026-cı ilin payızında ölkənin 70 bələdiyyəsindən 46-da yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Onların təşkili üçün MSK-ya 2,5 milyard dramdan bir qədər çox (6,5 milyon dollar) vəsait ayrılacaq.








AZ
RU