Ukraynadan daha 12 uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
Ukraynanın Sumı vilayətindən olan yeni bir qrup – 12 uşaq reabilitasiya proqramı çərçivəsində Azərbaycana gəlib.
Yenixeber.org xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev "X" hesabında paylaşım edib.
O qeyd edib ki, təşəbbüs Ukraynanın xarici işlər nazirinin müavini Andrii Sybiha tərəfindən irəli sürülüb.
Səfir bildirib ki, indiyədək, o cümlədən bu il 215 nəfər olmaqla, ümumilikdə, 459 ukraynalı uşaq Azərbaycanda qayğı və sülh tapıb.
“Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq", - Husyev vurğulayıb.








AZ
RU