Redaktor seçimi
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Rus hərbçiləri Mirnoqrada daxil olmayıb

 

Rusiya hərbçiləri Donetsk vilayətində yerləşən Mirnoqrad şəhərinə daxil olmayıb.

Yenixeber.org xəbər verir ki, bu barədə məlumat Ukrayna ordusunun “Şərq” qruplaşmasının komandanlığı tərəfindən yayılıb.

Bildirilib ki, Mirnoqrad yaxınlığında ağır döyüşlər getsə də, şəhərin içərisində düşmən qüvvələri yoxdur.

Bir gün əvvəl “Şərq” qruplaşmasının nümayəndəsi Qriqori Şapoval Ukrayna telemarafonunun efirində “düşmənin Mirnoqradın kənarlarına daxil olduğunu” bildirmişdi. O, həmçinin rus qoşunlarının artilleriya, pilotsuz uçuş aparatları, piyadalar və texnika ilə hücumu davam etdirdiyini qeyd etmişdi.

Lakin bu gün komandanlıq açıqlama yayaraq Şapovalın ifadəsində qarışıqlıq yarandığını və əslində söhbətin Pokrovsk şəhərindən getdiyini bəyan edib. Məlumata görə, rus qüvvələri hazırda məhz Pokrovsk istiqamətində döyüş əməliyyatlarını davam etdirir.

Bununla yanaşı, Rusiya yönümlü hərbi bloqerlər Rusiyanın hücum qruplarının Mirnoqradın şərq kənarlarına göndərildiyini və Pokrovsk–Mirnoqrad aqlomerasiya zonasında ağır döyüşlərin getdiyini iddia edirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam