Redaktor seçimi
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Əsatirlər dövləti -Tehran rejiminin davranışları mifologiyanın yaratdığı psixoloji kompleksin nəticəsidir

molla-rejimini-telasa-salan-nedir

Panfarsizm, İran mərkəzli panfarsçı düşüncə sistemi, ideologiyası əsatirə, mifə əsaslanır. Qəhrəmanları da, düşmənləri də, mədəniyyəti də, dövləti də folklor üzərində qurulub, yaradılıb. 

Yenixeber.org: Bu miflər əsasında Rza şah Pəhləvinin liderliyi ilə siyasi panfarsizm hakimiyyətə gətirilib. Onun dövründə fars olmayanlara edilən milli zülmün nişanələri hələ də qalmaqdadır. Ölkədə ana dilinə yasaqların, farsca olmayan kitablara qadağaların qoyulması, onların yandırılması bu mifologiyanın yaratdığı psixoloji kompleksin nəticəsidir. Həmin ideoloji əsasında da türkü özlərinə düşmən bilirlər.  

İrandakı məzhəbçi hakimiyyət də pəhləvilərin vaxtı ilə yürütdüyü panfarsçı milli düşüncə sistemini həyata keçirir. 

Bu ideoloji əsasında İran konstitusiyası formalaşıb. Orada isə milli, dini və məzhəbi ayrı-seçkilik öz əksinin tapıb. 

BMT-nin baş katibi Antonio Quterreş İranda insan hüquqlarının qorunması sahəsində vəziyyətin kəskin şəkildə pisləşdiyini bildirib. O, bununla bağlı narahatedici məqamları özündə əks etdirən yeni hesabatı BMT Baş Assambleyasına təqdim edib.

news content

Hesabatda qeyd olunub ki, 2025-ci ilin ilk altı ayında İranda azı 612 nəfər dar ağacından asılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 119 faiz çoxdur. Antonio Quterreşin sözlərinə görə, İran hakimiyyəti ölüm hökmünün ləğvi ilə bağlı beynəlxalq çağırışlara məhəl qoymur. 

Baş katib hesabatda, habelə, etnik qruplara, milli və dini azlıqlara qarşı basqıların artması, məhbuslara işgəncə halları və vətəndaş azadlıqlarının məhdudlaşdırılması kimi hallara da xüsusi diqqət çəkib.

Quterreş İslam Respublikasının ölüm hökmünün ləğvi və ölüm hökmü ilə cəzalandırıla bilən cinayətlərin sayının məhdudlaşdırılması ilə bağlı beynəlxalq tövsiyələrə məhəl qoymaması ilə əlaqədar təəssüfləndiyini bildirib. O, açıq edamları "işgəncə və qeyri-insani rəftarın qadağan edilməsinə zidd" fəaliyyət adlandırıb.

O, qeyd edək ki, HRANA insan hüquqları təşkilatı Ümumdünya ölüm hökmünə qarşı mübarizə günündə son bir il ərzində İranda ən azı 1537 nəfərin edam olunduğuna dair məlumat yayıb. 

Baş katib vurğulayıb ki, narkotiklərlə əlaqəli cinayətlər, yaxud birbaşa ölümlə nəticələnməyən cinsi cinayətlər kimi əməllərə görə ölüm hökmünün tətbiq edilməsinə heç bir əsas yoxdur. 

Məruzədə həmçinin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatlarına əsasən, ədalətsiz məhkəmə prosesi keçirən və işgəncə altında etiraflar alınan, habelə 2023 və 2024-cü illərdə etiraz aksiyalarında saxlanılan iştirakçıların edam edilməsi vurğulanıb. 

Quterreş xəbərdarlıq edib ki, məhkəmə sisteminin başçısının casusluq və təhlükəsizliyin təmin edilməsi ilə bağlı işlərin baxılmasını sürətləndirmək haqqında son göstərişi özbaşına həbslər, ədalətsiz məhkəmə prosesləri, hətta məhkəməsiz edam riski artırıb. O, həmçinin “casuslar və düşmən dövlətlərlə əməkdaşlıq edən şəxslər üçün cəzaların sərtləşdirilməsi haqqında qanun layihəsi”ni ifadə azadlığına və internetə çıxışa ciddi təhlükə adlandırıb.

Hesabatın məhbusların saxlanma yerlərində işgəncə və pis rəftarla bağlı bölməsində bildirilib: “İslam Respublikasında işgəncələrin davam etməsi ciddi narahatlıq doğurur”. Antonio Quterreş “ətrafların amputasiyası və şallaqlanma” cəzalarının verilməsini insan hüquqlarının açıq pozuntusu nümunəsi hesab edərək, həbsxanalarda saxlanma şəraitinin, siyasi məhbusların sağlamlıq vəziyyətini “narahatlıq doğuran” adlandırıb.

Dini və etnik azlıqların vəziyyətinə gəldikdə isə BMT Baş katibinin məruzəsində bəhailərin, bəlucların, ərəblərin həbsi və ayrı-seçkiliyə məruz qalması barədə məlumat verilib. O, bu repressiyaların İslam Respublikası İran ilə İsrail arasında 12 günlük müharibədən sonra gücləndiyini qeyd edib. Baş katib azı 13 bəhainin həbsini, 96 xristiana həbs cəzalarının verilməsini və onlarla dini icmaya qarşı məhdudiyyətləri örnək olaraq göstərib.

Baş katib məruzəsinin başqa bir hissəsində bildirib ki, “insanlıq əleyhinə cinayətlər, işgəncələr, edamlar, özbaşına həbslər və insan hüquqları müdafiəçilərinin təqibi” BMT-nin faktları araşdırma missiyasının nəticələrinə istinad edib. Missiya vurğulayıb ki, İranın bəzi hakimləri “ədalətli məhkəmə prinsiplərini açıq şəkildə pozan” məhkəmə proseslərində ölüm hökmləri çıxarıblar.

BMT Baş katibi İslam Respublikası hakimiyyətini bütün edamları dərhal dayandırmağa, siyasi məhbusları və özbaşına həbs edilmiş şəxsləri azad etməyə, işgəncələrə son qoymağa, İşgəncələrə qarşı Konvensiyaya qoşulmağa çağırıb. O, həmçinin qadınlara qarşı ayrı-seçkilik edən qanunların ləğvini, məcburi hicab geyinmənin ləğvini və mülki və siyasi fəaliyyətin dekriminallaşdırılmasını tələb edib.

Quterreş İrandakı hakimiyyəti BMT-nin Xüsusi məruzəçisi və faktları araşdıran missiya ilə əməkdaşlığa çağırıb. Hesabat yeni xüsusi məruzəçi May Satonun İslam Respublikası İran və İsrail arasındakı müharibədən sonra repressiyaların artması barədə hesabat dərc etdiyi zaman yayımlanıb. 

Satonun yeni hesabatında hərbi hücumlar və yeni repressiyalar fonunda insan hüquqları vəziyyətinin pisləşməsindən bəhs edilib.

İranda hakimiyyət tələbələrdən daha çox ehtiyat edir. Ona görə də ali təhsil ocaqlarını daim təzyiq altında saxlayır, təqib edir. Tehranın Şərif Universitetinin tələbləri də belə basqılara məruz qalır. 

Tələbələri məcburi hicab bəhanəsi ilə çağırıb, sorğu sual edir, fiziki və mənəvi işgəncəyə məruz qoyurlar. Bu kimi səbəblərdən onilliklərdir orada olan professorlar ölkədən qaçır. Son 3 ildə 70-ə yaxın professor ölkəni tərk edib, gənc elmi nəsil qapalı və əzilmiş mühitdə ümidsizliyə düçar olub.

Vaxtilə elmin beşiyi sayılan universitet hazırda repressiya, elitanın daha çox mühacirət etdiyi məkana çevrilib. Son 12 ildə İranda 88 edam hökmünün aşkar, ictimaiyyətin gözü önündə icra olunub.

Tehran rəsmiləri isə 40 ildən artıqdır bu kimi məsələləri təkzib etməklə məşğuldur. May Satonun hesabatına cavab olaraq İran məhkəmə hakimiyyətinin nümayəndəsi Əsgər Cahangir hesabatı "zəif və yalan" adlandıraraq, "məsuliyyətə layiq olmadığını” bildirib. 

Məhkəmə nümayəndəsinin iddiasına baxmayaraq, İran hökumətinin sözçüsü Fatimə Mühacirani mətbuat konfransında “əxlaq” polisinin yenidən Tehran küçələrinə qaytarılması ilə bağlı suala cavab verərkən, bildirib ki, hökumət iranlılara hicabı zorla qəbul etdirə bilməz. O vurğulayıb ki, cəmiyyətə təsir göstərən mədəni tədbirlər sosial və mədəni reallıqlara uyğun şəkildə həyata keçirilməlidir. Onun sözlərinə görə, Prezident Məsud Pezeşkian dəfələrlə bildirib ki, hicab iranlılardan zorla alınmadığı kimi, heç kimə də zorla tətbiq edilə bilməz və bu, artıq uğursuz bir sınaq kimi tarixə düşüb.

Onun sözlərinə görə, hicabla bağlı qaydalara hörmətin təşviqi məqsədi ilə məscidlərin sosial imkanlarından istifadə edilə bilər. 

Qeyd edək ki, bu açıqlama Tehranda məcburi hicab nəzarətini gücləndirmək bəhanəsi ilə 80 min nəfərlik xüsusi təlim keçmiş qüvvənin səfərbər edilməsinin planlaşdırıldığı bir vaxta təsadüf edir.  

Oktyabrın 10-da Ümumdünya ölüm hökmünə qarşı mübarizə günündə İranın aparıcı informasiya vasitəsi “Mehr” agentliyi “Mifdən artıq: “Şahnamə”, fars ədəbiyyatının sütunu” adlı məqalə yayıb: “Şahnamə” — dünyada bir insan tərəfindən yazılmış ən uzun epik poemadır. Bu, farsca danışan xalqlar üçün ən önəmli epik əsərdir. İranın erkən tarixini əhatə edir.

"Şahnamə" fars dilində yeni şeirlər yazan bir çox şairi ilhamlandırıb. 

Firdovsi "Şahnamə" adlı böyük əsərinin yazılmasına 30 il həsr edib. Bununla da o, fars mədəniyyəti, dilini qorumaq və xilas etmək üçün mühüm addım atmışdır.

60 000-dən çox beyti olan "Şahnamə", dünyanın ən mühüm epik əsərlərindən biridir. Onda Pişdadilər, Kayanilər, Parfiya və Sasanilər kimi erkən İran səltənətlərinin əfsanələri, mifləri və tarixi toplanıb”

Yuxarıda örnək göstərdiyimiz hadisələr, BMT Baş katibin hesabatında vurğulanan məsələlərdə “Şahnamə” əsasında yazılan panfarsçı siyasi ideologiyanın törəməsidir. Onlar hələ də elə zənn edir ki, Firdovsinin uydurduğu mif nə vaxtsa gerçək olub. Bu saxtalıqlar, uydurmalar yeni nəslə də sırınır. Onlar da fars etnik qrupunu yenilməz, mədəni və seçilmiş sanaraq, başqalarını aşağılayırlar. Əslində, panfarsizmin faşizmdən heç bir fərqi yoxdur. Bu cür yanaşdıqda Firdovsinin də ədəbiyyat və tarixdə yeri bəlli olur. İrandakı mövcud hakimiyyət o kitabla tərbiyə olunduğundan qeyd etdiyimiz və başqa belə çoxsaylı hadisələri törədir…(pressklub)

Sədrəddin Soltan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam