Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Soçidə neft anbarı vuruldu:Yanğın sürətlə genişlənir

        Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiya regionlarına kütləvi dron hücumuları təşkil edib.

Yenixeber.org: Bu dəfə əsas hədəflərdən biri Soçi şəhəri olub. Soçi meri Andrey Proşunin Telegram kanalında yazıb ki, Adler rayonunda neft anbarına zərbə endirilib. Xəsarət alan olmasa da, anbardakı yanğın sürətlə böyüməkdədir.

SHOT Telegram kanalı Soçi üzərində 20-dən çox partlayışın baş verdiyini, Adler, Lazarevskoye, Daqomys və Sirius üzərində hava hücumundan müdafiə sisteminin Ukraynanın “Lyutı” tipli PUA-larına qarşı işə salındığını bildirib. Şəhərdə hava təhlükəsi siqnalı işə salınıb. Kanal yoldan keçənlərin dayanacaqlarda və bomba sığınacaqlarında gizləndiyini bildirib. Rusiya Müdafiə Nazirliyi və yerli hakimiyyət orqanları vəziyyəti şərh etməyiblər.

Krasnodar diyarının operativ qərargahının mətbuat xidməti isə xəbər verir ki, Adler rayonundakı neft bazasında həcmi iki min kubmetr olan neft məhsulları olan çən yanır. Yanğının söndürülməsinə 127 nəfər və 35 texnika, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin 75 nəfəri və 22 texnikası cəlb edilib.

Bundan əlavə, Soçi hava limanının fəaliyyəti dayandırılıb.

Ötən gecə Ukrayna həmçinin Voronej vilayətinə zərbələr endirib. Rusiya tərəfi vilayət səmasında 15 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.

Qeyd edək ki, bu ilin mart ayında ABŞ vasitəçiliyi ilə Rusiya və Ukrayna bir-birinin enerji infrastrukturuna zərbə endirməmək barədə razılığa gəlmişdilər. Lakin razılaşmaya rəğmən iyul ayından etibarən Rusiya Ukraynada neft anbarlarına zərbələri bərpa edib. Buna cavab olaraq Ukrayna da eyni qaydada Rusiya ərazisində neft zavodları və anbarlarını vurmağa başlayıb. Avqustun 2-də Novokuybışevski neft emalı zavoduna zərbə endirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam