Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

İsrail İrana qarşı yeni hücuma hazırlaşır

İsrail İrana qarşı yeni hücuma hazırlaşır

İsrail rəsmiləri Tehranın nüvə proqramını bərpa edəcəyi təqdirdə İrana növbəti hücumun mümkünlüyünü müzakirə edirlər.

Yenixeber.org: Bu barədə "Axios" nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail rəsmiləri ABŞ prezidenti Donald Trampın belə bir ssenarini bəyənəcəyinə inanırlar.

Qeyd edilir ki, İsrailin strateji planlaşdırma naziri Ron Dermer Vaşinqtona son səfərindən sonra qapalı görüşlərdə Donald Trampın “müəyyən şəraitdə” İsrailin İrana zərbələrini dəstəkləyəcəyinə inandığını bildirib. Bunlardan biri Tehranın Fordo, Natanz və İsfahandakı hücuma məruz qalan nüvə obyektlərindən yüksək zənginləşdirilmiş uranı çıxarmaq cəhdi hesab olunur.

Xatırladaq ki, iyunun 13-də İsrail İranın nüvə və müdafiə infrastrukturuna qarşı əməliyyata başlayıb və müharibə 12 gün davam edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam