Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

ABŞ-ın Ermənistandakı bioloji laboratoriyaları sərhədimizdədir?


Ermənistanda Amerikanın maliyyəsi ilə fəaliyyət göstərən biolaboratoriyalarla bağlı məsələ erməni mediasında bir neçə gündür yenidən gündəmə gətirilib.

Yenixeber.org: Bir neçə gün öncə erməni müxalif fəallar bu biolaboratoriyalarla bağlı ABŞ-ın Ermənistandakı səfirliyi önündə aksiya da keçirmişdilər.

Erməni mediası yazır ki, 1990-cı illərdən bir sıra postsovet ölkələrində ABŞ Müdafiə Nazirliyinin maliyyə dəstəyi ilə çoxsaylı bioloji laboratoriyalar yaradılıb. ABŞ Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən DTRA agentliyi postsovet ölkələrində fəaliyyət göstərən bu laboratoriyaları maliyələşdirir, həmçinin sözügedən ölkələrə, o cümlədən Ermənistana müvafiq mütəxəssislər göndərir, bioloji tədqiqatlar aparır. Agentliyin illik büdcəsi 2 milyard dolları ötür.

Qeyd edilib ki, 2024-cü ilin yanvarında Ermənistanın müdafiə naziri Suren Papikyanın ABŞ-a səfəri zamanı Ermənistanda 13-cü biolaboratoriyanın açılması ilə bağlı Pentaqonla müqavilə imzaladığı barədə məlumat yayılıb.

“Müxtəlif mənbələrə görə, Ermənistanda Amerika tərəfindən maliyyələşdirilən biolaboratoriyalar Göyçə, Şirak, Lori, Tavuş, Armavir, Ararat, Zəngəzur bölgələrində fəaliyyət göstərir”, - erməni mediası vurğulayıb.

ABŞ-ın Ermənistandakı səfirliyi bu biolaboratoriyaların yeri, fəaliyyət dairəsi, sayı və məqsədləri barədə medianın ünvanladığı sualları cavablandırmaqdan imtina edib.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam