Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Bu hücumların arxasında İRAN dayanır:"Zərbə endirin" - ŞOK

ABŞ Müdafiə Nazirliyi Qırmızı dənizdə bir Amerika döyüş gəmisinin və bir çox ticarət gəmisinin hədəfə alındığını açıqlayıb.

Yenixeber.org: Pentaqonun verdiyi açıqlamada Qırmızı dənizdəki hücumların İsrailin Qəzzaya hücumları ilə əlaqəli ola biləcəyi vurğulanıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hücumun Yəməndə husilərin nəzarətində olan ərazilərdən edildiyini bildirib.

Fox News xəbər verir ki, ABŞ-ın keçmiş səfiri Natan Sales hadisə ilə bağlı Bayden administrasiyasına xəbərdarlıq edib.

O, Qırmızı dənizdəki hücumlara görə İranın məsuliyyət daşıdığını bildirib.

"ABŞ qüvvələrinə hücumlar baxımından gördüyümüz hər şeyin arxasında İran dayanır", - Sales deyib.

Diplomat xəbərdarlıq edib ki, bu hücumları dayandırmağın yeganə yolu ABŞ-ın cavab verməsidir: "Bayden administrasiyası cavab verməsə, İran və onun müvəkkilləri dayanmayacaq. Biz Suriya və İraqda, indi də Yəməndə İranın etibarlı nümayəndələrinin amerikalılara hücum etdiyini görürük və biz onları dayandırana qədər onlar bunu etməyə davam edəcəklər".

Bir müddət Dövlət Departamentinin Terrorla Mübarizə üzrə Koordinatoru vəzifəsini icra edən Sales bildirib ki, hərbçilər hücumları dayandırmaq üçün daha güclü tədbirlər görməlidir.

O, ABŞ-ın cavab siyasətini də tənqid edib:

“Gecə yarısı səhrada boş silah anbarlarını partlatmaq yerinə, faktiki hərəkətə keçin və bu hücumlara görə məsuliyyət daşıyanlara zərbə endirin”.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam