İsrail Qəzza zolağında müharibənin yeni mərhələsinə başlayır.
Yenixeber.org: Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant məlumat verib.
“İsrail ordusu Qəzzanın qərb hissəsinin təmizlənməsini başa çatdırıb, əraziyə tam nəzarət edir və Fələstin anklavında əməliyyatın növbəti mərhələsinə keçir", - Yoav Qalant deyib.
Qeyd edək ki, bundan əvvəl İsrail ordusu Qəzza limanını nəzarətə götürdüyünü açıqlamışdı.