Qarabağ separatçılarının başçısı dindiriləcək
Ermənistan parlamentinin 44 günlük müharibəni araşdıran müvafiq komissiyası Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyanı dindirilməyə dəvət edib.
Yenixeber.org: Noyabrın 13-də Şahramanyana məktub göndərilib. Məktub Qarabağ separatçılarının Ermənistandakı "nümayəndəliyi"nə təqdim olunub.İndi komissiya onun cavabını gözləyir.
Bu barədə Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasından bildirilib.