Xankəndi yenə də QAYNAYIR
Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşən rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən erməni separatçılar arasında qarşıdurma pik səviyyəyə qalxıb.
Yenixeber.org: Yeni separatçıbaşı Samvel Şahramanyanı qəbul etməyən Samvel Babayan və tərəfdarları Xankəndinin mərkəzi meydanında aksiya keçiriblər.
Aksiyada Samvel Şahramanyanla kəskin ziddiyyətdə olanlar hazırkı siyasətə etiraz olaraq, Ermənistana getmək istədiklərini bir daha elan ediblər. Onlar bunun üçün “humanitar dəhliz” açılmasını tələb ediblər.
Qeyd edək ki, Şahramanyan Ermənistana gedənlərin qarşısını almaq üçün nəzarəti gücləndirmək barədə “tapşırıq” verib.