Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Rusiya xüsusi xidmət orqanları Paşinyanın devrilməsinə hazırlaşıb?

rusiya-xususi-xidmet-orqanlari-pasinyanin-devrilmesine-hazirlasib

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan dövlət təhlükəsizlik xidmətinin rəhbəri Sarkis Ovannisyanı vəzifəsindən azad edib. Onun səlahiyyətlərini departament rəhbərinin müavini Artur Qasparyan yerinə yetirəcək.

Yenixeber.org: Kadr dəyişikliyinin səbəbləri barədə məlumat verilmir.

Ovanisyan cəmi 4 ay əvvəl-bu il aprelin 28-də Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib. Onun vəzifəsindən azad edilməsi “Vaqner” özəl hərbi şirkətinin muzdlularının iştirakı ilə Kremlin İrəvanda planlaşdırdığı dövlət çevrilişi barədə məlumatların yayılması fonunda baş verib.

Ovannisyanın özü də Paşinyanın komandasının üzvü deyil, o, Serj Sarkisyan hakimiyyəti dövründən dövlət təhlükəsizlik xidmətində işləyir.

Qeyd edək ki, Sarkis Ovannisyan 1968-ci ildə İrəvanda anadan olub. Əfqanıstanda xidmət edib, sonra 1990-1992-ci illərdə Azərbaycana qarşı müharibədə iştirak edib. Sonralar o, Ermənistan Prezidentinin və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin təhlükəsizliyini təmin edən şöbədə çalışıb, dövlət təhlükəsizlik orqanlarında mühafizəçidən şöbə rəisinə qədər vəzifələr tutub.(“haqqın.az”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam