Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Ukrayna Moskvanı raketlə vuracaq” - Yenilənmiş “Neptun” raketləri buna imkan verir

Ukrayna “Moskva” kreyserini vurduğu raketi təkmilləşdirib və bu raketlərlə artıq Rusiyanın dərinliklərini, o cümlədən Moskvadakı hədəfləri vurmaq olar.

Yenixeber.org: Bbunu Ukrayna Müdafiə Nazirliyindəki mənbələrə istinad edən “The War Zone” nəşri yazıb.

Xəbərdə deyilir ki, Ukrayna öz istehsalı olan və hərbi dəniz qüvvələrinin istifadə etdiyi “Neptun” raketlərini “yer-yer” tipli raketə çevirə bilib.

Müdafiə Nazirliyindəki mənbə qeyd edib ki, avqustun 23-də Krımda yerləşən Rusiyaya aid “S-400” kompleksi də məhz yenilənmiş “Neptun”la vurularaq, məhv edilib: “Nazirlikdəki mənbə qeyd etdi ki, “Neptun” vasitəsilə Moskvanı və Rusiyanın dərinliklərindəkli obyektləri vurmaq planları var”.

Xatırladaq ki, Qərb koalisiyası Ukraynaya uzaq məsafəli raketlər versə də, onlarla Rusiya ərazisini vurmağı qadağan edib. Ukraynanın öz istehsalı olan raketlərlə işğalçı dövlətdəki istədiyi legitim hərbi hədəfi vurmasına isə heç bir qadağa qoyula bilməz...(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam