Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Türkiyənin ana müxalifət partiyasında sədrə qarşı çevriliş hazırlığı-İmamoğlunun gizli toplantısının İFŞASI

Bu ilin may ayının 28-də keçirilən prezident seçkilərində aldığı məğlubiyyətdən sonra CHP lideri Kamal Kılıçdaroğluna qarşı partiya daxilindən etirazlar güclənib.

Yenixeber.org: Türkiyə mediası xəbər verir ki, CHP daxilində “dəyişiklik” hərəkatının başladığını elan edən İstanbul meri Əkrəm İmamoğlunun partiyanın “ağır topları” ilə birlikdə keçirdiyi gizli “zoom” toplantısı ifşa olunub.

Yayılan görüntülərdə İmamoğlu və onun partiya daxilindəki tərəfdarlarının Kılıçdaroğlunu devirmək üçün petisiya hazırladığı məlum olur.

“Zoom” toplantısında danışılanlardan belə məlum olur ki, CHP-nin önəmli isimləri və bəzi Partiya Məclis üzvləri Kılıçdaroğluna qarşı aktiv şəkildə hərəkətə keçiblər.

İmamoğlunun burada hətta, “Kamal Kılıcdaroğlunun devrilməsi ilə bağlı alternativ qurultayın keçirilə biləcəyi” deməsi də aşkara çıxıb.

Toplantıya  CHP-nin parlament fraksiyasının rəhbəri və Manisa millət vəkili Özgür Özəl, parlament fraksiya rəhbərinin müavini, İstanbul millət vəkili  Gökhan Günaydın, CHP sədrinin partiya təşkilatı üzrə baş müşaviri Engin Özkoç, CHP Məclisinin üzvü və Ankara millət vəkili Tekin Bingöl , Partiya Məclisi üzvü, sabiq sədr müavini Onursal Adıgüzel, Malatya millət vəkili Vəli Ağbaba, İstanbul millət vəkili Engin Altay,  Aydın millət vəkili Bülent Tezcan, CHP Məclis üzvləri- Muharrem Erkek Selin Sayek Böke , Hakkı Süha Okay,  Ahmet Hakan Uyanık, Pınar Uzun Gökhan Zeybek, Sevgi Kılıç qatılıblar.

Kılıçdaroğlu cəbhəsinin bu toplantıya necə reaksiya verəcəyi isə maraq doğurur.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam