Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Azərbaycanın Xankəndi ilə bağlı dörd mərhələli planı -DETALLAR

Ermənistan təhlükəsizlik şursının keçmiş katib David Şahnazaryan Qarabağla bağlı diqqətçəkən iddia irəli sürüb.

Yenixeber.org: Şahnazaryan Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə bağlı proqram hazırladığını iddia edir.

“Rəsmi Bakı Qarabağ və orada yaşayan erməni əhalisinin Azərbaycana tam inteqrasiyasını əhatə edən proqram hazırlayıb. Bu, “yol xəritəsidir”. Proqram 4 mərhələdən ibarətdir.

Birinci mərhələdə sənədlərin Azərbaycan pasportu ilə dəyişdirilməsi, yəni ermənilərin pasportlaşdırılması həyata keçiriləcək. İkinci mərhələdə Qarabağda Azərbaycan manatı dövriyyəyə buraxılacaq.
Növbəti mərhələdə Qarabağdakı silahlılar tamamilə tərkisilah ediləcək və ləğv olunacaq. Sonda isə hakimiyyətin tamamilə Azərbaycan hökumətinə veriləcək".

Şahnazaryan qeyd edib ki, digər detalları açıqlamaq istəmir. Lakin əlavə edib ki, bu “yol xəritəsi"nin həyata keçirilməsi üçün 12 ay müddət nəzərdə tutulub.

D.Şahnazaryan bildirib ki, Azərbaycanın bu proqramı Ermənistan hakimiyyətinə göndərdiyinə dair onda məlumat var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam