Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

ABŞ Bəxtiyar Hacıyevin tezliklə azad edilməsilə bağlı çağırışını təkrarlayıb -VİDEO

Vedant Patel

ABŞ Dövlət Departamenti növbəti dəfə Azərbaycan hökumətini aparıcı fəal Bəxtiyar Hacıyevi azad etməyə çağırıb.

Yenixeber.org: "Cənab Hacıyevlə bağlı davam edən araşdırma barədə məlumatları bilirik və onun işini yaxından izləməyə davam edirik, onu tezliklə azad etməyə çağırırıq",- çərşənbə günü mətbuat brifinqində mətbuat katibinin birinci müavini Vedant Patel Hacıyevin işilə bağlı son hadisələrlə əlaqədar sualımızın cavabında bildirib.

"Biz əvvəlkitək insan hüquqlarına və əsas azadlıqlara hörməti təşviq etməyə sadiqik və hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən  öz fikrini dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq", - Patel əlavə edib.

ABŞ-da təhsil almış tanınmış hüquq müdafiəçisi Hacıyev ötən ilin dekabrında "xuliqanlıq" və "məhkəməyə hörmətsizlik" ittihamı ilə həbs edilib. Fəal bu ittihamları qəti şəkildə rədd edir.

Bu həftənin əvvəlində Azərbaycan polisi Hacıyevin və onun qohumlarının evlərində axtarış apararaq fəalın keçmiş dövlət katibi Hillari Klintonla fotosunu "sübut" kimi götürüb.

ABŞ hökuməti, eləcə də Konqresin senatorlar Dik Durbin və Ben Kardin kimi liderləri Azərbaycanı Hacıyevi "dərhal" azad etməyə çağırıblar.

Çoxları, o cümlədən keçmiş dövlət katibi Klinton ona qarşı ittihamların siyasi motivli olduğunu bildiriblər.(Turan)


 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam