Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“MTN VƏ DİN ƏMƏKDAŞLARI”NIN SƏLƏMÇİ ŞƏBƏKƏSİ –Qəbələdə

1ddd

Xeberinfo.com:  Son illər ölkədə dələduzluq yolu ilə, şantaj və hədə-qorxu gəməklə vətəndaşların, iş adamlarının soyulmasına dair çoxsaylı faktlar açılır. Bir çox hallarda bu cür əməllərin arxasında vəzifəli şəxslər, onların yaxınları dayanır. MTN-də yüksək vəzifə tutan, general, polkovnik rütbəsi daşıyan şəxslərin şantaj və hədə-qorxu yolu ilə uzun illər boyu həyata keçirdikləri soyğunçuluq fəaliyyətlərinə dair tükürpədici faktlar bu gün məhkəmələrdə açılır.

“AzPolitika.info”ya bu cür faktlardan biri ilə bağlı da məlumatlar daxil olub. Fərq yalnız ondadır ki, bu dəfə soyğunçuluğu hansısa hüquq-mühafizə orqanında vəzifə tutan şəxslər deyil, özlərini MTN və DİN əməkdaşı, “nurçu” kimi təqdim edən, sələmçiliklə məşğul olan  mütəşəkkil dəstə həyata keçirib.

1399536026_0001Özlərinin “nurçularla” bağlı olduqlarını, arxalarında bu şəbəkəyə bağlı nüfuzlu şəxslərin dayandığını bildirən bu şəxslər hədə-qorxu gəlməklə, ölümlə təhdid etməklə, Qəbələdə vaxtilə müxtəlif vəzifələrdə işləmiş, rayonda kifayət qədər tanınmış şəxs olan mərhum Arif Hacıyevin oğlu Sərttar Hacıyevin külli miqdarda pulunu və əmlakını ələ keçiriblər. Qəbələ və Bakı sakinlərindən ibarət mütəşəkkil dəstənin üzvləri arasında bəzi tanınmış və vəzifəli şəxslərin yaxınlarının da yer aldığı bildirilir.

Artıq cinayət işinin açıldığı bu faktla bağlı “AzPolitika.info”ya məlumat verən adının çəkilməsini istəməyən şəxs  bildirib ki, Sərttar Hacıyev Qəbələdə yaşasa da, ondan hədə-qorxu gəlmək, ölümlə təhdid etməklə pul alınması hallarının əksəriyyəti Bakı şəhərində baş verib. Bu üzdən də cinayət işi Bakıda, Xətai Rayon Prokurorluğunda açılıb .

İş qurmaq üçün kredit götürür, borca düşüb sələmə girir

1SETTARBelə ki, Səttar Haciyev tikinti materialları magazasını açmaq məqsədilə 2015-ci ildə Nikoil bankdan kredit götürüb. Bir neçə ay sonra ödənişdə problemləri yarandığından, borc pul axtarır. Bu məqsədlə Qəbələ rayonundan olan tanışı Fəraiz Əliyevlə görüşərək, ondan qısa müddət üçün borc pul istəyir. O da qardaşı Ayazın və atası Bayramın aylıq 8- 10%-ə sələmə pul verdiklərini bildirir. Hətta onların 300 min manatdan çox pulunun sələmdə dövr etdiyini bildirərək, Səttar Hacıyevə qardaşından pul götürməyi məsləhət bilir. Bank tərəfindən sıxışdırılan Səttar da razılaşır.

Səttar Hacıyev Ayazdan 4000 manatı aylıq 10 %-lə götürür. Bir ay sonra aldığı pulun üstündə 400 manat qaytarmağa razılaşırlar. Ancaq təxminən 20 gün sonra Ayaz Bakıda S.Hacıyevlə görüşərək, verdiyi 4000 manatın əvəzinə ondan 6000 manat istəyir. Təbii ki, S.Hacıyev də buna etiraz edərək, ay tamam olanda 4400 manatı verəcəyini bildirir. Bu zaman Ayaz ona hədə-qorxu gələrək, məsələni kriminal aləmdəki tanışlarının əli ilə həll edəcəyini bildirir.

S.Hacıyev də məsləni böyütməkdən çəkinərək, Ayaza pul tapıb ona olan borcumu və əlavə faizi qaytaracağını deyir. Ayaz isə gözləməyə vaxtının olmadığını deyir, Qəbələdən olan Vaqif Osmanovdan alıb onun pulunu qaytarmağı tələb edir.

Məlumat üçün qeyd edək ki, Vaqif Osmanov Qəbələ rayonunda “Texnikabank”ın Qəbələ bazarındakı valyutadəyişmə məntəqəsinin müdiri olub. İş adamlarına faizlə pul verməklə məşğul olduğu bildirilir.

“Faizi pulu verən qoyar” deyib, Sətar Hacıyevi borc bataqlığına salırlar

1AYAZAyaz Əliyev hətta Vaqiflə danışdığını, gedib ondan pul götürə biləcəyini söyləyir.S.Haciyev Vaqifin yanına gedir. O da S.Haciyevə 5000 ABŞ dolları verərək, aya 500 ABŞ dollarını əlavə faiz kimi alacağını bildirir. S.Haciyev razılaşır və ondan 5000 ABŞ dollarını alaraq gətirib Ayaza verir. Elə bu andan da “Faiz firtinası” baslayır.

Belə ki, təxminən 15 gün sonra Vaqif S.Hacıyevi ofisinə çağıraraq bildirir ki, ayın tamamında 5500 dollar deyil, 7000 dollar alacaq. Səbəbini soruşduqda isə, o faizin qaydasının belə olduğunu deyir. Əks təqdirdə o da S. Hacıyevi məsələni kriminal yolla həll edəcəyilə qorxudur. Hətta xəbərdarlıq edir ki, pulun ödəniş vaxtından keçərsə hər günə əlavə olaraq 200 dollar üstünə faiz kiim gələcək.

Ay tamam olduqda pulu tapa bilməyən S.Hacıyevi bu dəfə də Vaqif Ayazın üstünə göndərir. Ayaz da ona 8000 dollar verir ki, Vaqifin borcunu qaytarsın. Bir neçə gün gecikmə olduğundan, Ayaz S.Hacıyevin verdiyi 8000 dollarla razılaşmır, onu “yükləyərək” 14 000 dollar istəyir. Bu minvalla faizləri həndəsi silsilə ilə artırmağa başlayırlar. S.Haciyevə verdikləri pulu vaxtından əvvəl istəməklə, bir-birinin və ya tanışları olan başqa dəstə üzvlərənin üzərinə göndərərək, onlardan pul aldırır, faizi şişirdirlər.

Faizi pulu verən qoyar” deyib, S.Hacıyevi borc bataqlığına salaraq, onu kriminal aləmlə hədələməklə istədikləri məbləği adına yazırlar.
Ayazın ona faizlə “yüklədiyi” 14 000 dolları qaytarmaq üçün S.Hacıyev bu dəstənin tanışı olan, Bakı şəhərində yaşayan Məmmədzadə Cavid adlı şəxsdən 13 000 manat alır. Əvəzində 20 000 manat qaytarır.
Sonra Cavidin pullarını qaytaranda da yenidən Osmanov Vaqifdən 13 000 (bir ay 5000, bir ayda 8000 ABŞ dolları olmaqla 2 dəfəyə ) dolları faizə götürməyə məcbur edilir. Ancaq Cavid də öz “hesablamasını” aparıb, S.Hacıyevin ona əlavə 7000 manat borclu qaldığını deyir.

Üstünə silah çəkib, vaxt qoyurlar!

publika.az1429521088silahVaqif Osmanov verdiyi 13 000 dollarının əvəzinə ondan 18 000 tələb edir. S.Hacıyev bu dəfə Vaqifin də pulunu ödəyə bilmədiyi üçün Ayazın üstünə göndərilir. Ayazdan 10 500 manat faizə pul götürür. Ayaz həmin 10 500 manata görə ondan bir ay sonra 26 000 manat pul alır.

Bundan bir müddət sonra Cavidlə Vaqifin üzərinə “yüklədiyi” pulları ödəmək üçün Ayazdan 15 000 manat pul götürür. Buna görə pulun ödənişinə iki gün qalmış 27 000 manat istəyir. Ancaq Səttar 25 min manat verir. Ayaz razılaşmır və pulu tam ödəmədiyi iddiası ilə hər gecikən gün üçün 2500 manat tələb edir. Pulu iki gün gecikdirən S.Hacıyevdən əlavə 5000 manat istəyirlər.

O, buna etirazını bildirdikdə isə, Ayaz onu işlətdiyi Qəbələ rayon Hacıalılı kənd tikinti materiallarının satışı mağazasının yanına çağıraraq, «Ford» makalı avtomobilində üstünə silah çəkir. Hədə-qorxu gəldikdən sonra iki gün üçün 5000 manatın əvəzinə hörmət edib 3000 manat istəyir.
Həmin vaxt şikayət edəcəyini deyən S. Hacıyevə Ayaz “nurçu”larla yaxın olduğunu, arxasında yuxarı dövlət səviyyəli şəxslərin dayandığını bildirərək, ona heç kimin dəyib-dolaşmadığını bildirir. Şikayət edərsə, onu tutduracağını deyir. Həmçinin bibisi oğlu Bəyalı adlı şəxsin Ədliyyə Nazirliyinin hospitalında işlədiyini, istənilən şəxsi türməyə saldıraraq, onun tapşırığı ilə iynə ilə öldürtdürə biləcəyini deyərək, S.Hacıyevi qorxudur.

Ayazın təhlükəli adam olduğunu düşünən S.Haciyev də özü və ailəsi üçün qorxduğundan, şikayət etməkdən vaz keçərək Ayazın tələb etdiyi pulu vermək üçün yollar axtarır.

Bu məqsədlə Bakıda bəzi şəxslərdən yenidən borc almalı olur. Ümumilikdə qısa müddət ərzində istədikləri faizi yazmaqla Ayaz Əliyev, onun qardaşı və atası S.Hacıyevin 42 min manata yaxın pulunu alırlar.

Üstəlik də Ayaz Əliyev Səttar Haciyevin avtomobilindən Bakı şəhərində yerləşən evlərinin və Qəbələdə olan villasının, torpaqlarının və Səttarın özü yasadığı evin sənədlərini də girov kimi götürür. Bakı şəhərindəki Yeni Günəşlidə yerləşən atadan qalma 3 otaqlı mənzilini də satıb, adına borc kimi yazılmış pulları verən S. Hacıyevdən Ayaz Əliyev yenə əl çəkmir, üzərinə əlavə 45 000 manata yaxın da borc yazdıqlarını bildirir.

Bu dəfə şikayət edəcəyini deyən S.Hacıyevə “kupça”ların Qəbələ rayonunda olan İslamov Elxan Zahid oğlunda olduğu bildirilir. Elxan isə Ayazın ona 5800 manat borcu olduğunu, pul çatmayacağı təqdirdə sənədləri verməyəcəyini bildirir. S.Hacıyev məcbur olaraq 5800 manat da Elxana verir.

Sələmçilər özlərini MTN-nin, DİN-in əməkdaşı kimi təqdim edirlər

2DES

Ancaq bununla da problemləri bitmir. Bakı şəhərindən götürdüyü pullarla Ayazın “yüklədiyi” borcları bağlaya bilmədiyindən, Ayaz onu əslən Qəbələ rayonundan olan Samir Səfərovun yanına göndərir. O da faizə pul verməklə məşğul olur. Samirlə onu tanış etmək üçün isə Səttarı Qəbələ rayonunda yaşayan Vüqar Şirinovun yanına göndərir. Hansı ki, Vüqar Samirin qardaşı Nadirdən maşın aldığından, münasibətləri yaxşı olur. Bu dəfə də S.Hacıyev bu dəstənin toruna düşür.

Ayaz Əliyev Səttar haqqında bütün məlumatları sələmçiliklə məşğul olan dəstənin digər üzvlərinə – Cavid, Vuqar, Emin, Samir, Cəfər, Nadir, Ramin, Fəqan, Ceyhun, Elgun, Simyara ötürür (onlardan bir hissəsi yuxarıdakı şəkildə var.). Bunlar da bir-birini saxta sənədlərlə MTN-nin Nərimanov rayon şöbəsinin rəisi, XDMX-nin şöbə rəisi, türmədə rəis müavini, MTN-nin əməkdaşı, DİN-in əməliyyat müvəkkili kimi təqdim etməklə, Səttar Hacıyevi hədələməklə soymağa başlayırlar. Gah maşına mindirib apararaq üzərinə silah cəkərək ölümlə hədələyir, gah döyməklə istədikləri pulu ondan alırlar. Hətta Bakıdakı evini, Qəbələdə atasından qalma villasını ələ keçirirlər, onun evlərində əxlaqsızlıqla məşğul olurlar.

Özü də bu dəstə artıq S.Hacıyevdən 1000, 10 000 deyil, 150-200 min pul tələb etməyə başlayır, evlərini, atadan qalma villasını satdırmağa calışırlar.

Təxminən 2016-cı ilin əvvəllərində Bakı şəhərində olduğu zaman bu dəstənin üzvlərindən Elgün Hüseynov və Simyar Əsgərəliyev onu Xətai rayonu ərazisində döyərək, üzərinə “yazdıqları” 70 min borcun əvəzində 170 000 dollar tələb edirlər. Əks təqdirdə Qəbələdəki villasını əlindən alacaqlarını bildirirlər.

Bundan sonra artıq dəstənin “soyub soğana çevirdiyi”, nağd pul, əmlak şəklində 700 minə yaxın zərər vurduğu Səttar Haciyev, hüquq-mühafizə orqanlarına müraciət edir. Və cinayət işi açılır. Hazırda istintaq getdiyindən işdə adları keçən şəxslərin kimliyi, əməlləri üzərində geniş dayanmırıq.

Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb

dollar1-300x203Bu məlumat və iddialarla bağlı Səttar Haciyevin özü ilə əlaqə qurduq. O, yuxarıda qeyd etdiklərimizi təsdiqləyərək, bunların ona qarşı edilən cinayətlərin bir hissəsi olduğunu bildirdi. Əlində dediklərini təsdiqləyən kifayət qədər səs yazısının, fotoların, şahidlərin və başqa dəlillərin olduğunu bildirən Səttar Haciyev, bu mütəşəkkil dəstənin hər şeyə qadir olduğunu vurğuladı: “Sizi inandırım ki, hətta Elgun ve Simyar məndən 170 000 dolları tələb etdikdən sonra yasadığım evə gəliblər. Təhlükəsizlik kameralarına da düsüblər. Hətta mən həmin vaxt o qədər qorxurdum ki, evə qarovulçu da tutmusdum. Ailəmə görə. Çünki onlardan nə desən gözləmək olar. Görün bu insanlar nə qədər harınlayıblar ki, 170 000 dolları 17 manat kimi istəyirlər. Bu insanlar sonda məni ölüm həddinə çatdırdılar.
Mən sonradan bunların dələduz olduqlarını, MTN və DİN-lə heç bir əlaqələrinin olmadığını bildim. Sadəcə bir-birinə müxtəlif adlar verərək, silah gəzdirərək, insanları hədələyərək pul aldıqlarını basa düşdüm. Və dərhal cinayətlərlə bağlı hüquq-mühafizə orqanlarına, mulki işlələrlə bağlı isə məhkəmələrə müraciət etdim.

Hadisələrin əksəriyyəti və sonuncu döyməklə pul tələb etmə hadisəsi Xətai rayonunda baş verdiyi üçün aidiyyəti üzrə Xətai Rayon Prokurorluğuna ərizə yazaraq, məlumat verdim. Allah Xətai Rayon prokurorluğunun əməkdaşlarından, başda prokuror cənab Yusif İldırımzadə olmaqla, razı olsun. Onlara çox minnətdaram, Allah onların balalarını saxlasın. Dərhal məni çağıraraq, izahat alıb cinayət işi başladılar və araşdırma aparılır.

Mülklərlə bağlı isə məhkəməyə müraciət etdim. Qəbələ Rayon Məhkəməsinə sədrlik edən Vahid Sadiqova, Şəki Apellyasiya Məhkəməsinin hakimi Vidadi Qasımova minnətdaram. Ona görə ki, onlar dəlilləri nəzərdən keçirərək, evimin qaytarılmasıyla bağlı çox ədalətli və düzgün qərar qəbul etdilər.

“Onların vəkili mənə deyir ki, səndə pul var ki, alıblar da”

3 VEKILAncaq Simyar Əsgərəliyevlə aramda olan 70 000 dollarlıq mübahisə ilə bağlı dəlilləri Quba Rayon Məhkəməsinin hakimi Əhmədov Elmana təqdim etsəm də, Simyarın xeyrinə qərar çıxardıb. Niyəsini bilmirəm, amma tamamilə qanuna zidd qərar verib. Eləcə də Qəbələ Rayon Məhkəməsinin hakimi Abbasov Feyruz Ayaz Əliyev kimi qanunsuz sələmçiliklə məşğul olan birinin xeyrinə qərar verib. Bunlarla da bağlı Şəki Apellyasiya Məhkəməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət ünvanlamışam”.

Səttar Hacıyevin sözlərinə görə, yanvarın 10-u birinci proses olub: “Sumqayıtda hakim Səyyad Qafarinin sədrliyi ilə proses oldu. Orada qarşı tərəfin – Simyarın vəkili mənə deyir ki, bu pul səndə var ki, alıblar da. Mən başa düşə bilmirəm ki, insanda pul olanda, hansısa cinayətkar dəstə onu soymalıdır? Mən sizə o vəkilin şəklini (başda oturan ağ saclı) göndərirəm və xahiş edirəm ki, verəsiniz”.

Səttar Haciyev deyir ki, dəstə üzvlərinin hər birinə mənəvi təzminat davası da açacaq: “Mənimlə bağlı böhtan məlumatlar yayırlar, hədələyirlər. Elgün mənə xəbər gondərmişdi ki, 170 000 dollardan əlavə, Qəbələyə gələndə “Range Rover” markalı maşınımızı vurmuşuq, onun da pulunu Səttar verməlidir. Hətta verməsəm dəstənin bütün üzvlərini üzümə durğuzacağını, məni həbs etdirəcəyini deyirdi.

Cinayət işi açıldıqdan sonra isə Elgun ve Simyar ölkədən qacmaq istəyirlər. Ancaq artıq qanun qarşısında cavab verəcəklər. Məndə bu dəstənin 70-ə yaxın səs yazısı, fotoları, sahidlər, kifayət qədər dəlillər var. Bu haqda hüquq-mühafizə orqanlarına məlumat vermişəm. Başıma bir iş gəlsə də, günahkar bu adamlardır.

Mən Azərbaycan dövlətinə, cənab Prezident İlham Əliyevə, hüquq-mühafizə orqanlarına tam güvənirəm. Hazirda cinayətlər arasdırılır və inanıram ki, haqq yerini tutacaq”.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam