Yenixeber.org: Bu barədə onun vəkili Vaan Hovhannisyan məlumat yayıb.
Bildirilir ki, ümumi yurisdiksiya məhkəməsi qərarı ilə o 1 ay müddətinə həbsdə olacaq.
Vəkil deyib ki, o, hakim Jora Çiçoyanın qərarından şoka düşüb, çünki proses zamanı həbs üçün heç bir əsasın olmadığı məlum olub. Müttəhimin hökmlə bağlı apellyasiya şikayəti verəcəyi bildirilib.
Xatırladaq ki, mayın 18-də 44 günlük müharibədə Ermənistan ordusu tərkibində iştirak edib ölən hərbçinin anası Qayane Akopyan baş nazirin oğlu Aşotun oğurlanmasına cəhddə şübhəli bilindiyi üçün saxlanılıb.
Paşinyanı oğurlamağa çalışan qadın barəsində QƏRAR

Ermənistanın baş nazir Nikol Paşinyanın oğlu Aşot Akopyanı oğurlamağa çalışan Qayane Akopyan adlı qadın barəsində həbs qətimkan tədbiri seçilib.