Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyaya qarşı çağırış etdi -VİDEO

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rus əsgərlərini, kəşfiyyatçılarını, Rusiya administrasiyası və iqtisadiyyatı haqqında məlumatı olan hər kəsi agentlik etməyə çağırıb.

Yenixeber.org: Mərkəzi Kəşfiyyat İdarəsi çağırışı özünün YouTube hesabında rus dilində yayıb.

Yayımlanan görüntülərdə rusların nümayəndəsi anonim Tor şəbəkəsi vasitəsilə MKİ ilə gizli əlaqə saxlamaq üçün çətin qərar qəbul edir.

Görüntüdəki bir şəxs deyir: “Yalanlara asanlıqla inana bilərik. Amma biz öz reallığımızı bilirik. Yaşadığımız reallığı, pıçıltı ilə danışdığımız reallığı”.

Təmsili rus daha sonra əlavə edir: “Bu, mənim Rusiyamdır, həmişə də mənim Rusiyam olaraq qalacaq. Ailəm dözəcək. Mənim əməllərim sayəsənda ləyaqətlə yaşayacaq”.

Şəkilə əlavə edilən mətndə deyilir: “MKİ Rusiya haqqında həqiqəti bilmək istəyir və məlumatı olan etibarlı insanları axtarır. Biz sizin məlumatınızın düşündüyünüzdən daha dəyərli ola biləcəyinə inanırıq”.

MKİ-nin ünsiyyətdə olmaq istəyən insanlara dəyər verdiyini və hörmət etdiyini bildirən mətndə “Sən zabitsən? Kəşfiyyat, diplomatik, elm, yüksək texnologiyalar sahəsində işləyirsən, yoxsa bu sahələrdə fəaliyyət göstərən insanlarla əlaqənmi var? Rusiya Federasiyasının iqtisadiyyatı və ya yüksək rəhbərliyi haqqında məlumatın varmı? CIA ilə əlaqə saxla! Ətrafınızdakı insanlar həqiqəti eşitmək istəməsələr də, biz eşitmək istəyirik”, - bəyanatda deyilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam