Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Akşener tarix və millət qarşısında böyük xəta törədib - Kılıçdaroğlunun ölkəni idarə edə bilməyəcəyini söylədi

Akşener tarix və millət qarşısında böyük xəta törədib - Jurnalist

Türkiyəli jurnalist, müxalifətyönümlü "Tele1" kanalının rəhbəri Merdan Yanardağ İYİ Partiya sədri Meral Akşenerin ünvanına ağır ittihamlar səsləndirib.

Yenixeber.org: Türkiyə mətbuatı xəbər verir ki, jurnalist Akşeneri müxalifətin nüfuzunu zədələməkdə, reallığı təhrif edərək ittifaqın əleyhinə olan görüntü yaratmaqda günahlandırıb.

"Meral Akşener bir-biri ilə anlaşa bilməyən, namizəd çıxarmaq üçün də problem yaşayan, dava-dalaş salan bir koalisiya görüntüsünü niyə yaratdı? O, tarix və millət qarşısında çox böyük bir xəta törədib. "Millət İttifaqı"nın zəifliyi olduğunu, Ərdoğanın qabağında bütövlüyünü qoruya bilmədiyini, içəridi örtülü sövdələşmələrin davam etdiyi görüntüsünü millətə təqdim etmiş oldu. İYİ Partiyanın sözçüsü səlahiyyətli və icraçı vitse-prezidentlərin təyin olunmasını istədiklərini açıqlayır. Bu, təhqirdir. Kılıçdaroğlunun seçkiləri uda bilməyəcəyini, udsa da, ölkəni idarə edə bilməyəcəyini söyləməkdir", - deyə o, Akşeneri tənqid edib. 

Qeyd edək ki, İYİ Partiya Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək "Altılı Masa"nı tərk etmişdi. Daha sonra Ankara və İstanbul bələdiyyələrinin sədrlərinin vitse-prezident təyin olunması şərti ilə ittifaqa geri qayıdan Akşener CHP sədrinin namizədliyinə razılıq verib. 6 mart tarixində "Millət İttifaqı"nın toplantısından sonra Kemal Kılıçdaroğlu vahid namizəd elan olundu. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam