Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Kızılelma” ikinci sınaqdan da uğurla keçdi -FOTO

Türkiyənin reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ikinci yoxlama uçuşunu uğurla həyata keçirib.
Yenixeber.org: Bu barədə “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar yanvarın 23-də özünün tviter səhifəsində məlumat verib. Qeyd edək ki, “Bayraktar Kızılelma” ilk dəfə avqustda Samsunda keçirilən “Teknofest-2022” festivalında nümayiş olunub. İlk sınaq uçuşu isə ötən il dekabrın əvvəlində olub.
Türkiyənin milli ilk pilotsuz döyüş təyyarəsi olan "Kızılelma"nın müvafiq sınaqları yerli və xarici mütəxəssislər tərəfindən mərhələli şəkildə həyata keçirilib. “Kızılelma”nın sürəti hazırda səs sürətinə yaxındır. Sonrakı dövrdə onun sürəti supersonik səviyyəyə qaldırılacaq. Bu uçuş aparatı 1,5 tona yaxın faydalı yük qaldıra bilir, hava-hava, hava-yer tipli və digər raketlər daşımaq qabiliyyətinə malikdir.
Radardan yayına bilən “Kızılelma” bütün İHA, SİHA və TİHA platformalarından, xüsusən də özündən əvvəlki TB2 və Akıncı platformalarından fərqlənir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam