TÜRKİYƏ PUA İSTEHSALINDA YENİ MƏRHƏLƏYƏ KEÇİR – Azərbaycan da “Akıncı” dronlarını satın almaqda maraqlıdır
Mətin Gürcan
“Əl-Monitor”, 19.09.2019
Yenixeber.org: Türkiyə ilk kruiz raketini döyüş başlığı ilə sınaqdan keçirib. “SOM-B2”-nin sınağı Ankaranın müdafiə sənayesini inkişaf etdirməsi və xarici silah istehsalçılarından asılılığını azaltmaq səylərinin bir hissəsidir.
Bu səylərin dig’r bir hissəsi – əks nəticə verə bilsə də, – Türkiyənin aparıcı dron istehsalçısı “Baykar Makina”, Ukraynanın “Ukrspecexport” şirkəti ilə iki mühərrikli, yüksək hündürlüklü, uzun davamlılıqlı (HALE) “Akıncı” adlı PUA-da birləşir.
“Baykar Makina” prezident Rəcəb Tayyib Ərdoğanın kürəkəninin ailəsinə – Səlcuq Bayraktara məxsusdur. Şirkət Türkiyə və İraqda 3 ildir ki, antiterror əməliyyatlarında, habelə Egey dənizində, dənizində və Suriyanın şimalında kəşfiyyat və nəzarət üçün aktiv istifadə olunan “TB Egekli” dronları istehsal edir.
“TB2” ilə Türkiyə ABŞ, Rusiya, Çin, İsrail, Pakistan və İrandan sonra operativ PUA sahəsində 6-cı ölkə olub. İyul ayına olan məlumata əsasən, “TB2” – orta hündürlükdə, uzun davamlılıq (MALE) pilotsuz təyyarəsi – 100 min əməliyyat uçuş saatını başa vurub. Onun ilk ixracatı Qətərə, ardınca Ukraynaya edilib.
Ancaq “Baykar Makina” artıq coğrafiyanı genişləndirib. Avqustun əvvəlində Ukraynanın dövlətə məxsus silah ixrac şirkəti “Ukrspecexport” daha inkişaf etmiş “Akıncı” istehsalına kömək etmək üçün “Baykar Makina” ilə birgə müəssisə qurub.
“Baykar Makina”nın “Ukrspecexport” şirkəti ilə birgə fəaliyyətinin əsas səbəbi Türkiyənin müdafiə sənayesinin öhdəsindən gələ bilmədiyi mühərrik problemidir. Birgə müəssisə çərçivəsində “Baykar Makina” Ukraynadan “MS-500V-S” ailəsindən 950-15050 at güclü turbovint mühərrikləri və 450-630 at gücü təmin edən “AI-450C” turbovint satın alacaq və onları “Akıncı” dronlarında istifadə edəcək.
Türkiyə nümunə mühərriklərini sentyabrın əvvəlində alıb və Bayraktar testlərin ilk vizual görüntülərini sentyabrın 7-də “Twitter”-də paylaşıb. “Akıncı” PUA-nın qanadları 20 metr, ən yüksək uçuş çəkisi 4500 kiloqram (9,900 funt) olacaq. 24 saat ərzində havada qalması və 12192 metr (40,000 fut) əməliyyat tavanına sahib ola biləcəyi gözlənilir. Bu rəqəmlər “TB2”-nin statistikasını demək olar ki, 2 qat artırır.
Türkiyə Müdafiə Sənayesi rəhbərliyinin sözlərinə görə, “Akıncı” müvafiq olaraq 450 ilə 900 kiloqrama qədər qədər yüklənə biləcək. Hava nəqliyyat vasitəsi “Aselsan AS” tərəfindən hazırlanmış missiya avadanlığı, aktiv elektron skan edilmiş serial (AESA) radar və platformanın yerüstü stansiyadan asılı olaraq, fəaliyyət göstərməsinə imkan verən elektron döyüş (EW) və peyk rabitə sistemləri ilə təchiz ediləcək.
O, “Roketsan MAM-L” dəqiq idarə olunan bombası (PGB), “Cirit” raketləri və 8 kilometrə qədər məsafəni hədəfə ala biləcək ən son “MAM-C” “ağıllı silah”ı daşıya biləcək. Daha da əhəmiyyətli budur ki, 250 km məsafədə olan “Roketsan SOM-B2” kruiz raketi və “Mk 82” ümumi təyinatlı bomba da bu siyahıya əlavə oluncaq.
“SOM-B2”-nin sınağı sentyabrın 6-sında keçirilib, onun 2021-ci ildən Türkiyə Silahlı Qüvvələrində “Akıncı”ların ən mühüm döyüş sursatı olacağı gözlənilir.
Ankara “Baykar Makina”nın səylərinə çox diqqət yetirir. Türkiyədəki iqtisadi böhrana baxmayaraq, bu ay “Baykar Makina”ya “Akıncı” istehsal etmək üçün İstanbulun Esenyurt mahalında geniş bir zavod inşa etmək üçün 120 milyon dollara yaxın dövlət dəstəyi, habelə ixrac və əlavə dəyər vergi güzəştləri verilib.
“Rəsmi Qəzet”in məlumatına görə, yeni zavod 2 ildə 1000 iş yeri yaradacaq və 46 “TB2”, 37 “TB2” rabitə sistemi, 37 yerüstü stansiya və ən əsası 36 “Akıncı” dronu istehsal edəcək.
“Akıncı” dronlarından 24-ünün 2 il ərzində Türkiyə hərbçilərinə təhvil veriləcəyi və 13-ünün Ukraynaya ixrac ediləcəyi gözlənilir. Bundan əlavə, Qətər, Azərbaycan və Malayziya “Akıncı” satın almaqda maraqlıdır.
Ankaranın uzun məsafəli, ağır yüklü və dəqiq hava zərbəsi qabiliyyətinə malik PUA-ya sahib olma ambisiyasının arxasında hansı strateji əsas var? Ankara bu sistemlərdən hansı əməliyyatlarda istifadə etməyi planlaşdırır?
O, “Akıncı” PUA-dan daha çox “pilotsuz qırıcı təyyarə” görmək istəyir. Uzun məsafələrə sahib olan Akıncı və “SOM-B22″ kruiz raketləri Türkiyəyə 600 kilometr (373 mil) məsafədə pilotsuz vuruş imkanı verəcəkdir. Bu, İraqın şimalında və Suriyanın şimalında fəaliyyət göstərən PKK-ya qarşı “Akıncı”nın “F-16” təyyarələrini əvəz etməsi deməkdir. “Akıncı” xidmətdə olduqda, Türkiyə Egey dənizi və Aralıq dənizi üzərində 7/24 nəzarət qabiliyyəti əldə edəcək.
ABŞ-ın şimali-şərqi Suriya hava məkanını türk PUA-ları üçün açması qərarı Ankaranın qonşuluqdakı hava məkanının nə qədər əhəmiyyət verdiyini göstərir. Buna görə də, pilotsuz uçuş platformaları və ehtimal ki, pilotsuz döyüş təyyarələri yaxın gələcəkdə Ankaranın prioritetləri olacaq.
Hazırda Türkiyə “Akıncı” ilə bağlı üç vacib problemlə üzləşir. Birincisi, dronun seriya istehsalına başlayanda, Ukraynadan mühərrik alışının davamlı təmin edilməsi. İkincisi, silah sursatının potensial sapması və “Akıncı”nin kütləsində və qanadında meydana gələn ağırlıq mərkəzi. Nəhayət, “Akıncı” ciddi bir risk təqdim edən “GPS”-dən asılıdır.
Bu gün ABŞ tərəfindən idarə olunan GPS-in yeganə qlobal alternativi bir neçə il əvvəl tam qlobal əhatə dairəsinə çatan Rusiyanın “GLONASS”-ıdır. “Akıncı” GPS ilə əlaqəli qalacaq və ya QLONASS-a keçəcək?
Bu sualın cavabı Rusiya istehsalı olan “S-400” sistemi və “F-35” reaktiv qırıcı böhranından bəllidir. Ankaranın pilotsuz texnologiyalar və avtonom sistemlər inkişaf etdirmək istəyi qaldığı və ABŞ-ın töhfəsi olmadığı müddətdə Ankaranın üz tutacağı yeganə yer Moskvadır.
Ankara Moskva ilə əməkdaşlıq edərkən, ABŞ Türkiyəyə mürəkkəb hərbi texnologiyalar təqdim etməkdən imtina edir. Müdafiə və təhlükəsizlik sahələrində Ankara ilə Vaşinqton arasındakı böhran nə qədər böyük olarsa, Ankara ilə Moskva arasındakı münasibətlər bir o qədər yaxınlaşacaq.
Təbii ki, Qərbin təhlükəsizlik bloku ilə böyüməkdə olan böhran xroniki hal alır, bu da Kremli çox sevindirir.
Tərcümə: Strateq.az