ABŞ Nümayəndələr Palatasının Türkiyəyə F-16-ların satışını məhdudlaşdırıcı şərtlərlə bağlayan müddəaların ləğvinin əks-sədası Yunanıstanda davam edir.
Yenixeber.org: Xarici işlər nazirlərinin yanvar ayında görüşəcəyi və prosesin daha sonra həyata keçiriləcəyi gözlənilsə də, yunan mediasının bir nömrəli gündəmi Türkiyənin alacağı F-16-lardır.
Türkiyə əleyhinə açıqlamaları ilə tanınan Bob Menendezə bağlı yunan mətbuatı diqqətçəkən Türkiyə müzakirəsinə şahidlik edib.
Belə ki, Yunanıstanın təhsil nazirinin müavini, beynəlxalq hüquq professoru Ancelos Syrigosun sözləri ölkədə şok effekti yaradıb.
Türkiyənin F-16 almasının Afinanın maraqlarına uyğun olduğunu bildirən Syrigos ERT telekanalına verdiyi müsahibədə bu ifadələrdən istifadə edib:
“Biz Türkiyənin F-16 almasını istəyirik. İndi yox... Uzunmüddətli perspektivdə... Çünki biz onun Qərb tərəfindən idarə olunmasını istəyirik”.
Yunanıstanlı siyasətçi Türkiyənin Rusiya döyüş təyyarələrinə sahib olmasının ən pis ssenari olduğunu vurğulayıb:
“Rus silah sistemlərinə malik bir Türkiyə təsəvvür edin... Onun bizə qarşı təcavüzünü heç kim dayandıra bilməz”.
In.gr-də yer alan xəbərə görə, bu sözlər Afinada sərt reaksiyaya səbəb olub.
Ən sərt reaksiya isə Yunan Amerika Liderlik Şurasının (HALC) icraçı direktoru Eddie Zemenidisdən gəlib. O bütün sözlərin "Türkiyə agentləri tərəfindən dinlənildiyini" və Syrigosun mövqeyinin milli xəttdən kənara çıxdığını bildirib.