Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İran BMT-nin bu Komissiyasından çıxarılıb -SƏBƏB


BMT-nin İqtisadi və Sosial Şurası İranın 2026-cı ilə qədər BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasına səs verib.

Yenixeber.org: ABŞ İranda son aylarda davam edən etirazlar zamanı qadınların hüquqlarının pozulmasını əsas gətirərək bu ölkənin komissiyadan çıxarılması təşəbbüsü ilə çıxış edib.

29 ölkə çıxarılmanın lehinə, 8-i əleyhinə, 16-sı bitərəf qalıb. Avstriya, Argentina, Belçika, Benin, Bolqarıstan, Böyük Britaniya, Qvatemala, Yunanıstan, İsrail, İtaliya, Danimarka, Kanada, Kolumbiya, Latviya, Liberiya, Liviya, Yeni Zelandiya, Panama, Peru, Portuqaliya, Koreya Respublikası, ABŞ, Finlandiya, Fransa, Xorvatiya, Monteneqro, Çexiya, Çili və Yaponiya lehinə səs verib.

Boliviya, Zimbabve, Qazaxıstan, Çin, Nigeriya, Nikaraqua, Oman və Rusiya əleyhinə səs verib.

Banqladeş, Beliz, Botsvana, Qabon, Hindistan, İndoneziya, Kot-d'İvuar, Mavrikiy, Meksika, Madaqaskar, Konqo Respublikası, Solomon adaları, Tayland, Tanzaniya, Tunis və Esvatini isə bitərəf qalıb.(AFP)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam