Redaktor seçimi
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Günün xəbəri

Bakıdan Şuşaya axın başladı:Xankəndi yolundakı aksiya genişlənir

               İctimai fəallar aksiyaya gedirlər

Yenixeber.org: Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Hazırda aksiya iştirakçılarının sayı artmaqdadır və paytaxt Bakıdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başlayıb.

Aksiya iştirakçıları səsucaldıcılarla “Volkov, cavab ver!”, “Ekoloji terrora son!” şüarlarını səsləndirirlər.

Aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, Şuşa-Xankəndi yolunu Rusiya sülhməramlıları bağlayıb. Onlar ZTR və hərbi yük avtomobilləri vasitəsilə həm Laçın istiqamətindən, həm də Xankəndidən gələn yolu bağlayıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam