Redaktor seçimi
Maliyyə nazirinin müavini Azər Bayramov rektora “krışa”lıq edir(?)! -
Xırdalan şəhər 2 nömrəli məktəbin direktoruna “DUR” deyən olacaqmı?! –
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Donald Tramp kasıblayıb:Seçki kampaniyası üçün pul tapa bilmir

Donald Tramp seçki kampaniyası üçün pul tapa bilmir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentlik kampaniyasını maliyyələşdirmək üçün vəsait çatışmazlığı ilə üzləşə bilər.

Yenixeber.org: Respublikaçılar Partiyasının əsas sponsorları Florida qubernatoru Ron Desantisin və digər potensial namizədləri dəstəkləmək niyyətindədirlər. 

Trampın komandasının 110 milyon dollardan çox pul ehtiyatına malik olmasına baxmayaraq, federal qanunlar onun bu vəsaitlərin hamısını öz kampaniyasını təşviq etmək üçün istifadə etməsinə mane olur, çünki pulun böyük hissəsi Trampın özü və onun kampaniyası ilə rəsmi əlaqəsi olmayan təşkilatlar tərəfindən toplanıb. Nəşr yazır ki, Tramp fondun sərəncamında olan ümumi vəsaitin yalnız 13,5 milyon dollarını istifadə edə bilər.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Respublikaçılar Partiyasının ən böyük dəstəkçilərindən biri kimi tanınan amerikalı milyarder Kennet Qriffin partiyada nəsil dəyişikliyinin vaxtının gəldiyini, ona görə də Trampın 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürməməli olduğunu açıqlamışdı. Qriffin özü Florida ştatının hazırkı qubernatoru Desantisi dəstəkləmək niyyətindədir, lakin o, hələ prezidentlik yarışında iştirak etməyə qərar verməyib. 

Noyabrın 16-da Tramp 2024-cü il prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.("The Hill")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam