“Ukraynada müharibə başlayandan bəri Rusiya kəşfiyyatçılarının yarısı Avropa ölkələrindən çıxarılıb”.
Yenixeber.org: “The Guardian” xəbər verir ki, bunu Böyük Britaniya Xarici kəşfiyyat idarəsinin (Mİ-6) başçısı Riçard Mur bildirib.
“Avropa ölkələrində diplomat adı altında fəlaiyyət göstərən Rusiyanın 400-ə yaxın kəşfiyyatçısı həmin dövlətlərdən qovulub. Böyük ehtimalla bu, onların Avropada casus fəaliyyətini iki dəfə azaldıb”, – o bildirib.