Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

ABŞ-da Türkiyə əleyhinə qanun qəbul edildi:Bayden veto qoyacaqmı?

 ABŞ Konqresinin Nümayəndələr Palatası dünən axşam Türkiyə ilə gərginliyi artıracaq qətnamə imzalayıb. Yunan lobbisinə yaxınlığı ilə tanınan Demokrat Kris Pappas və Respublikaçı Frank Pallone tərəfindən təqdim edilən və yeni F-16 döyüş təyyarələri və F-16 modernləşdirmə dəstlərinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsi 179 deputat tərəfindən təsdiqlənib. Nümayəndələr Palatasında keçirilən səsvermədə 244 isə əleyhinə səs verib.

Yenixeber.org: Qanun layihəsi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 2023-cü il büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyətləri Aktı (NDAA) qanun layihəsinə əlavə olunacaq. ABŞ prezidenti Co Bayden qanun layihəsinə veto qoymaq hüququna malikdir.

Ötən ay keçirilən NATO Liderlər Zirvəsində Türkiyəyə F-16 satışına yaşıl işıq yandıran Bayden və Ərdoğandan bəzi öhdəliklər götürmələri istənilib. Bildirilir ki, Bayden F-16-nın Türkiyəyə satışının ABŞ-ın milli maraqlarına uyğun olacağını təsdiqləsə və Ankara Yunanıstanın hava məkanının bu təyyarələr tərəfindən pozulmamasını təmin edərsə, satışa icazə verilə bilər.

ABŞ-ın aparıcı media orqanlarından biri olan Bloomberg, “Türkiyənin bu məhdudiyyət və ilkin şərtə necə cavab verəcəyi hələ bəlli deyil. Ancaq F-16-nın və modernizasiya dəstinin Türkiyəyə satışının qarşısındakı bu maneəni aradan qaldırmaq çətin deyil”,-deyə qeyd olunub. Bloomberg-də dərc olunan xəbərdə “ABŞ Baydenin Türkiyəyə F-16 döyüş təyyarələri satmasına mane oldu. Ərdoğan Yunanıstan üzərindən uçmayacaqları ilə razılaşmalıdır. Türkiyə F-35 proqramından çıxdıqdan sonra F-16 almaq istəyib”, - deyə bildirilir.

Xatırldaq ki, Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldıqdan sonra yeni nəsil F-35 proqramından çıxarılıb . İstehsal prosesində də iştirak etdiyi F-35 proqramından çıxarılan və F-35-in satışına qadağa qoyulan Ankara F-16-nın alınmasına üstünlük verib.

Bununla belə, Bloomberg-də bu inkişafı təhlil edən hərtərəfli hesabat dərc edilib. Xəbərdə bütün ssenarilərin təsdiqlənməsinə və Baydenin F-16-nın satışını dəstəkləməsinə və Türkiyənin Yunanıstan üzərindən uçmayacağına söz verməsinə baxmayaraq, satış yolunun uzun olduğunu bildirilib.

“ Prezidentin bu qanun layihəsinə veto qoymaq səlahiyyəti var. Bayden Konqresdə də satışa qarşı çıxacaq. Əgər qanun layihəsi birtəhər Baydenin masasına düşərsə, Menendez satışa etiraz edəcək dörd yüksək səviyyəli konqresmendən biri olacaq",-deyə bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam