Ukrayna bu ölkədən radar alacaq-FOTO
Ukrayna Almaniyadan hər biri 50 milyon avro dəyərində 40 ədəd "Cobra" radarı istəyib.
Yenixeber.org: Bu barədə "Die Welt" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Almaniya tərəfi maksimum 5 ədəd təmin edə bilər.
Bir gün əvvəl nəşr yazıb ki, Almaniya hökuməti Bundesverin ehtiyatlarından Ukraynaya yeddi PzH 2000 haubitsa vermək istəyir. Məqalədə deyilir ki, yeni radarların bu haubitsaların istifadəsinin effektivliyini artıra biləcəyi güman edilir.