Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

İcmadan Almaniya radiosuna -ETİRAZ

 

Almaniya Federativ Respublikasına məxsus ictimai radio kanalı “Deutschlandfunk”-da 2025-ci il yanvarın 12-də Azərbaycan xalqına və dövlətinə qarşı böhtan dolu veriliş yayınlanmışdır. Materialın əsas süjeti bədnam azərbaycanfob Tessa Hofmanla müsahibə əsasında qurulmuşdur. Verilişdə guya 1990-cı ildə Azərbaycanda ermənilərə qarşı qanunsuz əməllərə yol verildiyi iddia edilmiş və keçmiş münaqişənin tarixi radikal erməni millətçiliyi konsepsiyasına uyğun təqdim edilmişdir.

Yenixeber.org xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir. 

Verilişdə münaqişə zamanı Ermənistanın bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyması, Azərbaycan ərazilərini işğal edib viran etməsi, mədəni irsini dağıtması barədə bir kəlmə də olsun söz açılmır. Eyni şəkildə, 1987-1991-ci illərdə Ermənistandan üç yüz min azərbaycanlının etnik təmizləməyə məruz qalması və 216 azərbaycanlının Ermənistanda qətlə yetirilməsininüzərində sükutla keçilir.

Qeyd olunur ki, kanalın irqi ayrı-seçkiliyə əsaslanan, nifrət dolu verilişlər yayımlayaraq, regionda gərginlik yaratmaq əvəzinə Ermənistanın irqçilik siyasətini, o cümlədən, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın prezident olduğu dövrdə etdiyi və azərbaycanlılara qarşı etnik təmizləməni dövlət siyasəti olduğunu təsdiq edən və bu günlərdə ortaya çıxmış məlum çıxışını pisləməlidir.

Qərbi Azərbaycan İcması olaraq biz “Deutschlandfunk” ictimai radio kanalının yol vermiş olduğu irqi ayrı-seçkiliyi qınayır və radio rəhbərliyini bu qəbuledilməz addımla bağlı müvafiq ölçü götürməyə çağırırıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam