Lukaşenko diktator olduğunu etiraf etdi:"Bizdə diktaturadır, amma nizam-intizam var”
Belarus prezidenti Aleksandr Lukaşenko Çeçersk vilayətinin sakinləri ilə söhbəti zamanı qonşu Avropa İttifaqı ölkələri vətəndaşlarının bayram günlərində Belarusa vizasız rejimlə səfərindən danışıb.
Yenixeber.org: Aleksandr Lukaşenko bununla bağlı maraqlı açıqlama verib:
“Biz onlar üçün Katolik Pasxa bayramından əvvəl sərhədi açdıq. Qoy, həmişə olduğu kimi, Polşadan, Litvadan, Latviyadan qohumlarını ziyarət etməyə gəlsinlər. Vizasız icazə verilir. Ona görə də həmin ölkələr öz vətəndaşlarını Belarusa buraxmırlar. Niyə? Çünki insanlar bizə gəlir, duz alırlar. Onların duzu yoxdur! Böyük, zəngin Qərb, amma duz yoxdur! Onları buraxmırlar ki, gəlib belarusların normal yaşadıqlarını görsünlər. Bu da demokratiya!”.
"Allaha şükürlər olsun ki, bizdə diktatura var", - Lukaşenka istehza ilə əlavə edib.
“Hamınız məni tənqid etdiniz: diktatura, diktatura... Amma bu diktaturada nizam-intizam var. Diktatura olmasaydı lüt gəzərdilər”.(BelTA)