Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Suriya ilə bağlı qərar: Biz orda olmalıyıqmı? -Diplomatik qazanc qarşılığında iqtisadi itki

news content

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək onu doğum günü münasibətilə təbrik edib.

Yenixeber.org: Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunan məlumata görə, Ərdoğan həmçinin Əliyevi Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi münasibətilə təbrik edib.

Öz növbəsində İlham Əliyev Türkiyənin bu məsələdə Azərbaycana göstərdiyi dəstəyə görə Ərdoğana təşəkkürünü bildirib.

Telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan və Türkiyə liderləri iki ölkə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlıq perspektivləri və gələcək əlaqələr barədə fikir mübadiləsi aparıblar.

"Suriyada Əsəd rejiminin süqutundan sonra müşahidə olunan müsbət irəliləyişlər qeyd edilib, bu ölkənin sosial-iqtisadi inkişafı üçün birgə səylərin göstərilməsi razılaşdırılıb", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, son zamanlar tez-tez Azərbaycanın Suriyada bərpa işlərində iştirak edəcəyi ilə bağlı məlumatlar səslənir. Məlumdur ki, bu ərəb dövlətinin yarısı xarabalığa çevrilib. İllərdir davam edən bombardmanlar nəticəsində ölkənin şəhərləri dağıdılıb.

Təbii olaraq hər bir Azərbaycan vətəndaşını bir sual düşündürür - bizim dövlətimiz Suriya ərazilərində bərpa işlərində iştirak etməlidirmi? Bir neçə il əvvəl Türkiyədə dağıdıcı zəlzələ baş verəndə, bu sual heç kimin ağlına gəlməmişdi – qardaş ölkəyə həm dövlət, həm də adi vətəndaşlar kömək edirdi – əşyalar, qış geyimləri, maliyyə vəsaitləri toplanırdı. Bəs tariximiz ərzində Azərbaycanın Suriya ilə nə vaxtsa yaxın əlaqələri olubmu? Yox, heç vaxt xüsusi yaxınlıq müşahidə olunmayıb.

Bəlkə, Azərbaycanda bütün sosial-iqtisadi problemləri həll edilib və pulumuz artıq qalıb? Əlbəttə ki, yox! Məsələn, hələ də Azərbaycanın milyonlarla vətəndaşı qazanc üçün qonşu ölkələrdə işləmək məcburiyyətindədir. Bəlkə, əvvəlcə illərlə qonşu ölkələrdə hüquqsuz şəkildə yaşayan həmin insanlar üçün iş yerləri yaradılması haqqında düşünmək lazımdır? Və bu, Azərbaycan xalqının həll etməli olduğu onlarla, bəlkə də yüzlərlə problemindən yalnız biridir.

Başqa bir ehtimal da var: bəlkə də Azərbaycan Türkiyənin xahişi ilə Suriyanın bərpasında iştirak etməyə razılıq verib. Axı hazırda Türkiyə Suriyanın dirçəlməsində əsas qüvvə hesab olunur – bu rolu həm ABŞ, həm də Avropa ölkələri tanıyır. Bu liderliyi təsdiq etmək üçün isə Türkiyəyə ona dəstək verən ölkələrdən ibarət çevrə lazımdır. Azərbaycan bu rola uyğun gəlir.

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli məsələ ilə bağlı fikirlərini bizimlə bölüşüb.

O, öncə qeyd edib ki, bəşəriyyətin adına qara ləkə olan Suriya diktaturasının devrilməsi alqışa layiq olan hadisədir.

"Milyonlarla insanın faciəsinə səbəb olan rejim devrildikdən sonra Suriya böyük dağıntılar içində qalıb. Təbii sərvətlərlə zəngin olan bu ölkədə iqtisadiyyat tamamilə iflic vəziyyətindədir. Ümumilikdə, dövlət tamamilə dağılmış haldadır. Bu ərazilərdə infrastrukturun qurulması və normal həyatın bərpası uzun müddət çətinliklərlə müşayiət olunacaq.

Böyük şirkətlər, sahibkarlar və dövlətlərin Suriya ərazisinə qoyacaqları investisiyaya etibarlı zəmanət almaları üçün ölkədə çoxsaylı siyasi, hüquqi və iqtisadi proqramların həyata keçirilməsi lazımdır. Hazırda Suriyada sabitlik hələ kövrək vəziyyətdədir. Nəzarətsiz fəaliyyət göstərən çoxsaylı silahlı qruplaşmalar mövcuddur.

Əlbəttə, dünyanın inkişaf etmiş ölkələri və beynəlxalq humanitar təşkilatlar Suriyanın bərpasına maliyyə dəstəyi göstərməlidirlər. Suriyadan olan milyonlarla qaçqın dünyanın müxtəlif bölgələrində məskunlaşıb. Onların öz ölkələrinə tədricən qayıdışını dəstəkləmək lazımdır", - deyə politoloq bildirib.

O, qeyd edib ki, Azərbaycan bu kontekstdə müəyyən dəstək göstərə bilər.

"Lakin hazırda Azərbaycan əhalisinin özü çox ciddi sosial-iqtisadi problemlər yaşayır. Ölkəmizdə rəsmi statistika çox vaxt reallıqdan uzaqdır. Azərbaycanda xeyli aztəminatlı insanlar var. Zəngin resurslara malik ölkəmizdə əhalinin böyük bir hissəsi hələ də yoxsulluq, səfalət və qanunsuzluqdan əziyyət çəkir. Azərbaycan xaricdə böyük layihələrə pul xərcləyə biləcək qədər maliyyə baxımından güclü ölkə deyil. Qarabağda aparılan bərpa layihələri milyardlarla vəsait tələb edir.

Ölkə əhalisinin rifahını artırmaq üçün ciddi sosial-iqtisadi proqramlara ehtiyacımız var. Xaricdə yaxşı görünmək naminə öz vətəndaşlarımızın taleyinə biganə yanaşmaq gələcəkdə ağır nəticələrə səbəb ola bilər", - deyə Məmmədli fikrini tamamlayıb.(presskıub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam