Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Musiqi dünyasını silkələyən QALMAQAL –Zorlama ittihamları/FOTO

 

Türkiyənin İstanbul şəhərində C.A adlı qadın “Touchdown” səhnə adından istifadə edən reper Ege Taştanın və "Qimp" ləqəbi ilə tanınan Osman Candanın ona cinsi təcavüz etdiyini iddia edərək cinayət işi qaldırıb.

Yenixeber.org xəbər verir ki, şikayətçi qadının sözlərinə görə, reperlər onu ölümlə hədələyib:

Ege Taştan (“Touchdown”) və Osman Candan ("Qimp")

“Mən şikayət edəcəyimi dedim. Onlar da məni hədələdilər. Dedilər ki, səni İkbal Uzuner kimi öldürəcəyik”.

Bu iddialardan sonra musiqi dünyası cinsi təcavüz qalmaqalı ilə sirkələndi. Şikayətə Anadolu Ədliyyəsində baxılacaq. Bir çox tanınmış reperlər cəza tələbi ilə ayağa qaıxdılar. Qadın bildirib ki, cinsi təcavüz hadisəsi İstanbulun Ataşehir bölgəsində baş verib.

Qadının sözlərinə görə, əslində onun Ege Taştanla əvvəllər də münasibəti olub. Bir gün isə onlar Taştanın evində görüşüblər. Şikayətçi deyir ki, evdə Osman Candan və tanımadığı bir nəfər də olub. O izah edib ki, qonşular evdəki musiqi səsindən şikayət edib və bunlar başqa evə gediblər. C.A. izah edir ki, Ege onun üçün kokteyl hazırlayacağını söyləyib:

“Kokteyli içdikdən bir müddət sonra huşumu itirdim. Gözlərimi açanda Osman Candan tərəfindən cinsi təcavüzə məruz qaldığımı anladım. Paltarımı soyundurmuşdular... Özümə gələndə paltarımı geyinmək istədim, amma icazə vermədilər. Mən özümə tam gələndən sonra şikayət edəcəyimi dedim. Onlar məni hədələdilər. Sonra Ege ilə bayıra çıxdıq. O, qadağan olunmuş maddələrin və spirtli içkilərin təsirində olduğunu dedi və çox peşman olduğunu söylədi. Təbii ki, ona inanmadım. Əşyalarım evdə qalmışdı. Bunun üçün qayıtmalı oldum. Evə qayıdanda Osman Candan söylədi ki, sən mənim necə bir psixopat olduğumu bilmirsən, İkbal Uzuner kimi səni öldürəcəyik, televiziyaya çıxıb məşhur olacaqsan. Hətta məni necə cinsi təcavüzə məruz qoyduqlarına dair mahnı da hazırladılar. Bunu Ege Taştanın kompüterində gördüm. Qorxduğum üçün bir müddət şikayət edə bilmədim. Düşündüm ki, heç kim mənə inanmayacaq. Bu müddət ərzində qadınlar mənə dəstək oldular, özümü daha güclü hiss etdim. Qoy cəzalarını çəksinlər”.

C.A. onu da bildirib ki, bir qadın bu hadisələri eşidəndə sonra ona müraciət edib və deyib ki, adı çəkilən hər iki kişi tərəfindən iki gün evdə girov saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam