Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Xankəndidə atəşfəşanlıq - FOTOLAR

Xankəndidə atəşfəşanlıq - FOTOLAR

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Xankəndidə atəşfəşanlıq olub.

Yenixeber.org: Məlumata görə, Zəfər meydanına toplaşan insanlar böyük monitorda Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətini dinləyiblər.

Bayram ərəfəsində təşkil edilən konsert proqramı, bir neçə gün davam edən yarmarka və bir-birindən maraqlı tədbirlər əsl əyləncəyə çevrilib. Yeni ilin gəlişi münasibətilə Xankəndi səmasında müşahidə edilən atəşfəşanlıq daha yaddaqalan olub.

Bayram sevincini bölüşmək üçün Zəfər meydanına toplaşan dövlət qurumlarının əməkdaşları, Qarabağ Universitetinin müəllim və tələbələri, şəhərdə yaşayanlar və qonaqlar atəşfəşanlığı böyük maraqla izləyiblər. Atəşfəşanlıq Qarabağın, Xankəndi şəhərinin səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq coşqu ilə qarşılanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam