Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

RƏSMİ BAKIDAN KREMLƏ QARŞI “MAT” GEDİŞİ!... – Prosesə Türkiyənin qoşulması nədən xəbər verir?

Artıq xəbər verildiyi kimi, Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb. Komissiyanın işi qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaqdır.

Yenixeber.org: Bu barədə Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu özünün "X" səhifəsindəki paylaşımında bildirib.

Bildirilir ki, nümayəndə heyəti yaxın saatlarda Bakıya yola düşəcək və sabahdan (bu gündən-red.) etibarən öz sahələrinə uyğun olaraq hadisənin bütün aspektlərini araşdırmaq üçün Azərbaycanın müvafiq qurumları ilə koordinasiyada işləyəcək.

"Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allah rəhmət eləsin, azərbaycanlı qardaşlarımıza şəfa diləyirik", - nazir qeyd edib.

Nədənsə, bu xəbər hələ ki, Azərbaycan media məkanının diqqətindən yayınıb və onun ətrafında layiq olduğu təhlillər aparılmayıb. Əslində isə belə bir komissiyanın yaradılması olduqca böyük əhəmiyyət daşıyır. Təkcə texniki deyil, həm də siyasi əhəmiyyət!

Rusiyada qəza baş verəndən bəri Kremlə yaxın medianın, “ekspertlər”in, təbliğatçıların hər vəchlə hadisənin miqyasını və əhəmiyyətini kiçiltmək, onun gerçək səbəblərini təhrif etmək, iz azdırmaq, Rusiyanı bu cinayətə görə məsuliyyətdən yayındırmaq cəhdlərini açıq-aydın görürük. Onu da görürük ki, təyyarəmizin Rusiya HHM-i tərəfindən vurulduğunu sübut edən aşkar faktları bütün dünyanın gördüyü, şahidi olduğu halda, Rusiya rəhbərliyi özünü görməzliyə vurur, “istintaqın nəticələrini gözləməyə” üstünlük verir.

Putinin sözçüsü Dmitri Peskov Rusiyanın təyyarəmizi vurduğunu etiraf etmək və üzr istəmək fikrində olmadığına işarə vuraraq deyib: “Hazırda bu aviasiya hadisəsi(!) ilə bağlı araşdırma aparılır və istintaqdan nəticə çıxarılana qədər bizim hər hansı qiymətləndirmə aparmağa haqqımız yoxdur və bunu da etməyəcəyik. Bunu edə bilən aviasiya orqanlarımız var və bu məlumat ancaq onlardan gələ bilər".

Bu cinayəti “aviasiya hadisəsi” adlandırması Kremlin hansı miskin keyfiyyətlərə malik olmasının daha bir göstəricisidir…

Ancaq Moskvanın siyasi özündən razılığı bununla da yekunlaşmır. Bir çox media resursları hakimiyyət dairələrindəki mənbələrə istinadla Kremlin Qazaxıstana və Azərbaycana diplomatik kanallarla hadisəni ört-basdır etmək üçün “təkliflər” və təzyiqlər etdiyinə dair məlumatlar yayıblar. Rusiyanı, Kremli yaxşı tanıyanlar əlbəttə ki, Putin hakimiyyətindən belə bir addımı gözləyirlər və bunda qeyri-adi heç nə görmürlər. Rusiya Ukraynada, Gürcüstanda, Moldovada, həmçinin vaxtilə Qarabağdakı davranışları ilə hansı irticaçı mahiyyətə malik olduğunu dəfələrlə göstərib. Bu baxımdan onun istər təyyarənin düşdüyü və istintaqı aparan Qazaxıstana, istərsə də Azərbaycana qarşı müxtəlif təzyiq vasitələrindən istifadə etməsi ehtimalı nə qədər çirkin görünürsə, bir o qədər də real görünür…

Bütün bunları nəzərə alaraq, Azərbaycanın Türkiyəyə müraciət edərək, yuxarıda qeyd edilən komisiyanın yaradılmasını istəməsi rəsmi Bakının Kremlə qarşı “mat” gedişi hesab oluna bilər.

Bu, həm də Azərbaycandakı “rusbaşlar”ın da ağzına qapaqdır. O baxımdan ki, sözdə adını müttəfiq qoyub, əməldə Azərbaycana qarşı bütün təhlükələrin başında gələn Rusiyadan fərqli olaraq, güvəndiyimiz, etibar etdiyimiz və yardımını istədiyimiz yeganə gerçək müttəfiqimiz qardaş Türkiyədir! O Türkiyə ki, ona Kremlin də təsir və təzyiq imkanları olduqca məhduddur.

Əksinə, xüsusilə də son Suriya olayları kimin kim olduğunu, kimin əlinin daha güclü olduğunu bir daha göstərdi. Odur ki, Türkiyənin yaratdığı istintaq komissiyasının rəyi Kremlin “əli çatan” sənəd olmayacaq. Bu, həm də Qazaxıstanın yaratdığı komissiyaya Kremlin təzyiqləri qarşısında dayanmaq, hər hansı təhriflərə yol verməmək (az da olsa, bu ehtimal istisna deyil) üçün əlavə arqument verir. Yəni, Bakı və Ankaranın bu gedişi -Türkiyədə hadisəni araşdıran istintaq komissiyasının yaradılması Qazaxıstanın da Kremlin təzyiqləri ilə, əlavə problemlərlə qarşılaşmasını önləmiş olur.

Əlbətə ki, heç kim Azərbaycanın böyük güclərin, dövlətlıərin qarşıdurma meydanı olmasını istəmir və ölkə rəhbərliyinin son illərdə apardığı xarici siyasət bunun qarşısını almaqda olduqca bacarıqlı görünüb. Lakin Kreml tərəfindən təyyarəmizin vurulması, əvəzində də utanmadan məsuliyyətdən və üzr istəyib təzminat ödəməkdən boyun qaçırılması, üstəlik istintaqa təzyiq cəhdləri Azərbaycana qarşı nəinki müttəfiq davranışı deyil, açıq siyasi və diplomatik təhdiddir. Bu və buna bənzər təhdidlərinsə qarşısı məhz MÜTTƏFİQ Türkiyə ilə birgə alına bilər!(Azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam