Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Rusiya ordusunun kəşfiyyat bölməsi məhv edildi-əksəriyyəti çeçenlərdir

Ukrayna ordusunun 128-ci Zakarpat Dağ Hücum Briqadasının hərbçiləri briqadanın Facebook səhifəsində Rusiya qoşunlarının kəşfiyyat hissəsinin məğlubiyyəti barədə məlumat yayıblar.

Yenixeber.org: Briqada qeyd edib ki, döyüş nəticəsində rus qoşunlarının bir hissəsi məhv edilib, digərləri isə geri çəkilib: “Toqquşma yerində ukraynalı əsgərlər rus əsgərlərinin şəxsi əşyalarını və Rusiya ordusundan qalan texnikanı aşkar ediblər. Həmçinin burada şevronlar, Rusiya silahlı qüvvələrinin stikerləri, Sberbankın bank kartları, əsgər vəsiqələri, Kurbanov A.B. işarəli stiker, habelə döyüşçülərin adları və onlara verilmiş silahların nömrələri qeyd olunan siyahılar ələ keçib. Bəzi əşyalar döyüş nəticəsində zədələnib”.

“Siyahıdakı döyüşçülərin əksəriyyəti çeçen soyadlıdır: Kurbanov, Malaçurbanov, Şarabudanov, Tuqlanov, Alsurpanov, Bekuzarov, Maqomedov. Doqquz döyüşçüyə döyüş üçün xüsusi olaraq hava-desant qoşunları üçün yaradılmış mürəkkəb nümunəli Kalaşnikov avtomatı verilmişdi, daha birinə isə - modernləşdirilmiş Kalaşnikov avtomatı. Lakin bu silah düşmənə kömək etməyib”, - deyə məlumatda bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam