Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Daxili İşlər Nazirliyindən Bəxtiyar Hacıyevlə bağlı AÇIQLAMA-YENİLƏNİB

Bəxtiyar Hacıyev
İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin binası qarşısında özünü yandırmağa cəhd edib, nazirlikdən bildiriblər.

Yenixeber.org: “Vətəndaş Bəxtiyar Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edərək bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısına gəlib. Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev  maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar”, - Daxili İşlər Nazirliyinin mətbuat xidmətində bildiriblər.

Bəxtiyar Hacıyev etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. “Hazırda araşdırma davam etdir”, - mətbuat xidməti bildirib.

*   *   *

İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb

 Martın 9-da günorta ictimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin binası qarşısnda saxlanılıb.

Polis əməkdaşları fəalın şəxsi avtomobilinə hücum edib, maşının pəncərəsini sındırıb və Hacıyevi zorla maşından endirərək Daxili İşlər Nazirliyinə aparıblar. Bu barədə Hacıyev özü Facebook səhifəsində yazıb.

O, Facebook-da hadisəyə dair video yerləşdirib. Kadrlarda görünür ki, avtomobilin yan şüşəsindən daxili işlər naziri Vilayət Eyvazovun adı yazılmış mətn asıb.

Hacıyevin Facebook səhifəsində dərc olunan yazısından belə nəticəyə gəlmək olar ki, fəal polis əməkdaşlarının cinayətlərə şərik olmasına, günahsız vətəndaşları ləkələməsinə görə DİN rəhbərini tənqid edib.

Öz növbəsində hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, Hacıyevi Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar, onun özünü də ora dəvət ediblər.

Daxili İşlər Nazirliyinindən şərh almaq mümkün olmayıb.

Bəxtiyar Hacıyev Azərbaycan hakimiyyətini tənqid etməsilə tanınır. Əvvəllər dəfələrlə təzyiq və təzyiqlərə, inzibati həbslərə məruz qalıb. Bir dəfə cinayət ittihamı ilə mühakimə edilib.(Turan)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam