Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

Özbəkistan Qazaxıstanla sərhədləri bağladı-SƏBƏB

                       İki ölkə arasında aviaəlaqələr davam edir

Yenixeber.org: Özbəkistan yanvarın 15-dən iki ölkənin vətəndaşları üçün Qazaxıstanla quru sərhədlərini müvəqqəti bağlayıb. Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Özbəkistan XİN sərhədlərin “Omikron” ştamının yayılmasının qarşısını almaq məqsədilə bağlandığını açıqlayıb.

İki ölkə arasında aviaəlaqələr davam edir. Qazaxıstandan Özbəkistana təyyarə reysi ilə gələnlər koronavirusla əlaqədar 48 saat ərzində qüvvədə olan testin nəticəsini təqdim etməli, həmçinin Özbəkistan ərazisində ekspress test verməlidirlər.

Quru sərhədini isə vətənlərinə dönən Özbəkistan və Qazaxıstan vətəndaşları, hökumətlərarası feldyeger xidməti əməkdaşları, beynəlxalq yükdaşımaları həyata keçirənlər, rəsmi nümayəndə heyətlərinin üzvləri, diplomatik nümayəndəliklərin, konsulluqların əməkdaşları və onların ailə üzvləri, Özbəkistanın Qazaxıstanda və Qazaxıstanın Özbəkistanda yerləşən obyektlərinə xidmət edən heyətin üzvləri, investisiya layihələrində iştirak edənlər, Özbəkistanda daimi yaşayan Qazaxıstan və Qazaxıstanda daimi yaşayan Özbəkistan vətəndaşları, ağır xəstələrin və dəfn edilənlərin yaxın qohumları, ölənlərin meyitlərini müşayiət edənlər keçə biləcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam