Redaktor seçimi
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

Özbəkistan rəhbəri prezident seçkilərində səs verib

Özbəkistan rəhbəri prezident seçkilərində səs verib

Özbəkistan rəhbəri Şavkat Mirziyayev bu gün ölkədə keçirilən prezident seçkilərində səs verib.

Yenixeber.org: Bu barədə “Газета.uz” məlumat yayıb.

Şavkat Mirziyayevin özü ən yüksək hökumət postuna Liberal Demokrat Partiyasından namizədliyini irəli sürüb. Nəşrin yazdığına görə, o, Daşkəndin Mirzo-Uluqbek rayonundakı 59-cu seçki məntəqəsində səs verib. Onunla birlikdə ailəsinin doqquz üzvü seçki mənətəqəsinə gəlib.

Qeyd edək ki, bu gün Özbəkistanda keçirilən prezident seçkiləri keçirilir.

Seçkilərdə Özbəkistanda fəaliyyət göstərən siyasi partiyaları təmsil edən 5 namizəd iştirak edir: Özbəkistan Ekologiya Partiyasından Narzullo Naimoviç Oblomuradov; Özbəkistan Xalq Demokratik Partiyasından Maksudə Azizovna Varisova; Sahibkarlar və İş adamları Hərəkatından - Özbəkistan Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev; Özbəkistanın “Milli tıklanış” Demokrat Partiyasından Əlişir Keldiyeviç Kodirov; Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyasından Bəhram Abdurəhimoviç Abduhəlimov.

Səsvermləri MDB, MDB Parlament Assambleyası, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, UNESCO və digər ölkələrdən 1 000-ə yaxın beynəlxalq müşahidəçi, həmçinin 41 ölkədən 268 nümayəndə izləyir. Seçkiləri işıqlandırmaq üçün 116 xarici və 1,5 minə yaxın yerli jurnalist akkreditə olunub. Seçki məntəqələri saat 19:00-da bağlanacaq.

Səsvermə üçün ölkə daxilində 10 761 seçki məntəqəsi açılıb. Son məlumatlara əsasən, vahid seçici siyahısında 19,8 milyon seçici qeydə alınıb. Onlardan təxminən 900 mini ilk dəfə səs verəcək.

Özbəkistanda "exit-poll" keçirilmir, prezident seçkilərinin ilk nəticələri sabah MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır.

Namizədlərdən heç biri 50%-lik həddi keçməsə, ikinci tur elan ediləcək və həmin turda daha çox səs toplamış 2 namizəd iştirak edəcək. Seçkilərdə seçicilərin 33%-dən çoxu iştirak edərsə, səsvermələr baş tutmuş hesab olunur.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam