Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Yeddi nəfər musiqi kliplərini izlədikləri üçün edam olunub-Şimali Koreyada

Şimali Koreyada ən azı yeddi nəfər cənublu pop qrupların kliplərini izlədikləri və ya yaydıqları üçün edam edilib. Bu barədə Seulda yerləşən qeyri-hökumət insan haqları təşkilatı TJWG-nin təqdim etdiyi hesabatda bildirilib.

Yenixeber.org: Sənədə əsasən, təşkilat 2015-ci ildən bəri KXDR-dən olan 683 qaçqınla ictimai edam və dəfn yerlərinin xəritəsini tərtib etmək üçün müsahibə aparıb. Qurum tərəfindən Şimali Koreyanın hazırkı lideri Kim Çen Inın dövründə 23 belə edamın sənədləşdirdiyi, onlardan bəzilərinin pop musiqisilə əlaqəli olduğu qeyd edilib.

Həmçinin, məhkumların ailə üzvləri, eləcə də yerli sakinlərin edamlarda iştirak etməyə məcbur olunduğu vurğulanıb. Ölüm cəzasına məhkum edilənlərin hər biri üç əsgərin açdığı cəmi doqquz güllə ilə öldürülüb.

Xatırladaq ki, Kim Çen In pop mədəniyyətini gəncləri korlayan “bədxassəli şiş” adlandırıb. Onun sözlərinə görə, bu “şiş” “gənc şimali koreyalıların geyimlərini, saç düzümlərini, danışıqlarını, davranışlarını” korlayır.

Mənbə: lenta.ru


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam