Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kim beş yüksək vəzifəli məmuru güllələdi-Birinci müavinini katorqaya, bacısını ev dustaqlığına məhkum etdi...

 

Şimali Koreya rəhbəri Kim Çen Inın əmri ilə güllələnən yüksək vəzifəli məmurlarla bağlı yeni təfərrüatlar məlum olub. “Chosun İlbo” qəzetinin yazdığına görə güllələnənlərdən qalan dördü XİN əməkdaşlarıdır. Onları Pxenyanın şərqində yerləşən Mirim hərbi aerodromunda güllələyiblər. Habelə bildirilir ki, diplomatları edam etməzdən əvvəl onları ABŞ-ın xeyrinə casusluqda ittiham ediblər.

Yenixeber.org: Şimali Koreyanın Əmək partiyasının birləşmə məsələləri üzrə şöbə müdiri Kim Yon Çxol isə siyasi məhbuslar üçün düşərgəyə, katorqa işlərinə göndərilib. Həmin düşərgə Çaqando regionunda yerləşir. Düşərgəyə Hanoy sammitində Şimali Koreya nümayəndə heyətinin daha bir neçə üzvünün göndərildiyi bildirilir. Onların arasında Kim Çen Inın tərcüməçisi də var. Tərcüməçini sammitdə danışıqları tərcümə edərkən Şimali Koreya liderinin “avtoritetini ləkələməkdə” günahlandırıblar. Kim Çen Inın kiçik bacısı, Əmək partiyasının təbliğat və təşviqat şöbəsinin rəhbərinin müavini Kim Yo Çjon isə ev dustağı edilib.

Xatırladaq ki, Hanoy sammitinin yarımçıq başa çatmasından sonra ABŞ prezidenti Donald Tramp Şimali Koreya liderinin Yonbendəki nüvə obyektinin sökülməsinin əvəzində bütün sanksiyaların ləğv edilməsini istədiyini, Amerika tərəfini isə belə variantın qane etmədiyini demişdi. Lakin Şimali Koreya XİN bildirmişdi ki, Pxenyan ancaq sanksiyaların qismən götürülməsini xahiş edib.

*   *   *08:02

Şimali Koreyada yüksək vəzifəli məmurların güllələndiyi üzə çıxıb.

Bu barədə müstəqil “Chosun İlbo” qəzetinə istinadən “Bloomberg” bildirir.

Məlumata görə Şimali Koreyanın Dövlət Şurasının  ABŞ işləri üzrə xüsusi nümayəndəsi Kim Xek Çxol və daha dörd yüksək vəzifəli məmur mart ayında edam edilib. Qəzetin əldə etdiyi məlumata görə Şimali Koreya lideri Kim Çen In Kim Xek Çxol da daxil olmaqla bir neçə yüksək vəzifəli məmuru ABŞ prezidenti Donald Trampla uğursuz sammitdən sonra edam etdirib. Mənbə bildirir ki, Kim Çen Inın birinci müavini Kim Yen Çxol daha yüngül cəza alıb-onu katorqa işlərinə məhkum ediblər.

Xatırladaq ki, fevralın sonlarında Vyetnamın paytaxtı Hanoyda ABŞ və Şimali Koreya liderləri arasında ikinci sammit baş tutub. Lakin tərəflər yekun razılaşma əldə etmədən sammiti yarımçıq tərk ediblər.

Şimali Koreyada yüksək vəzifəli məmurların Kim Çen In tərəfindən ən qəddar metodlarla edam edilməsinə dair xəbərlər bundan əvvəl də yayılıb. Lakin bu xəbərlər bir çox hallarda özünü doğrultmayıb.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam