Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kim Çen bu məmuru güllələtdirdi-SƏBƏB

 

 Şimali Koreyada koronavirus şübhəsi ilə karantində saxlanılan Ticarət Nazirliyi əməkdaşının hamama getməsi onun edam edilməsinə səbəb olub.

Yenixeber.org: Şimali Koreyada Ticarət Nazirliyinin işçilərindən biri dövlət başçısı Kim Çen ilə birlikdə Çinə səfər etdikdən sonra koronavirus şübhəsi ilə karantin altına alınıb. Karantində olmasına rəğmən, ümumi hamama getdiyi ortaya çıxan məmur yaxalandıqdan dərhal sonra güllələnərək edam edilib.

Şimali Koreyada indiyə qədər virus hadisəsi qeydə alınamamasına rəğmən, xüsusilə Çinlə həmsərhəd bölgələrdə virusa qarşı ciddi tədbirlər görülür. Hökumət işçiləri öz açıqlamalarında virusa qarşı mübarizə tədbirlərinə riayət etməyənlərin sərt şəkildə cəzalanacaqlarını bildiriblər.

Məmurun edam edilməsi barəsində məlumatı Cənubi Koreyanın Dong-A Ilbo nəşri yayıb. Şimali Koreyada bu barədə rəsmi açıqlama verilməyib. Nəşrin yazdığına görə, fevralın əvvəlindən bəri Şimali Koreyada ciddi karantin tədbirləri görülür. Kim Çen qayda pozucuları ilə “hərbi vəziyyət qanunları ilə davranmağı” tələb edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam