Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Ərdoğan bu səbəbdən Qlazqoya getməyib- AÇIQLAMA

  

Romaya səfərini başa vuraraq oradan Qlazqo şəhərinə yollanmalı olan Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qayıdıb.

Yenixeber.org: Türkiyə KİV-ləri xəbər verir ki, Ərdoğan və onu müşayiət edən heyəti daşıyan özəl təyyarə yerli vaxtla 01:20-də Atatürk Hava Limanında eniş edib.

Türkiyə mediası Ərdoğanın hansı səbəbdən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransında (COP26) iştirak etməkdən imtina etdiyi barədə məlumat verməyib. Lakin bununla yanaşı, “Reuters” agentliyi Ərdoğanın protokolla bağlı yaranan problemə görə səfərini təxirə saldığını yazıb.

Türkiyəli yüksək rütbəli bir məmurun sözlərinə görə, səfərin təxirə salınmasına səbəb Türkiyənin protokol və təhlükəsizliklə bağlı tələblərinin Böyük Britaniya tərəfindən tam yerinə yetirilməməsi olub.

“Təhlükəsizlik üçün tələb olunan avtomobil sayı və təhlükəsizliklə bağlı digər bəzi tələblərimizin tam olaraq qarşılanmaması səbəbindən cənab Prezident belə bir qərar verdi. Biz də belə vacib bir sammitdə iştirak etməyə əhəmiyyət verirdik, lakin bunu etmək lazım gəldi”, – deyə məmur əlavə edib.

Qeyd edək ki, Ərdoğan Romada oktyabrın 30-dan 31-nə qədər keçirilən G20 sammitində iştirak edib. Türkiyə Prezidentinin Şotlandiyanın Qlazqo şəhərində noyabrın 1-12-sində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransında (COP26) da iştirak etməsi gözlənilirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam