Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə lirəsi ucuzlaşır:bizə nə xeyri? 

                   Ticarət dövriyyəsini və sərmayələri gözləyən təhlükələr... 

Yenixeber.org: Son aylarda Türkiyə lirəsinin dollar və avro qarşısında kəskin dəyər itirməsi ölkədə ciddi narahatlıq yaradıb. Bu il lirə dollara qarşı 23% ucuzlaşıb ki, bu da inkişaf etməkdə olan bazarlar üzrə ən pis göstərici sayılır. Ötən həftə Mərkəzi Bankın uçot dərəcəsini 18%-dən 16%-ə qədər endirməsi isə sanki odun üstünə yağ töküb. Təxminən 1 ay öncə 1 dollar almaq üçün 8.6 lirə ödəmək lazım idisə, bu qərardan sonra rəqəm 9.55 lirəyə qədər dəyişib. Amma bu da son “dayanacaq” olmayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 ölkənin səfirini arzuolunmaz şəxs elan etməsi milli valyuta lirənin daha da dəyərdən düşməsinə səbəb olub. Bazar günü axşam saatlarında lirə daha 0.9% ucuzlaşaraq, bir dollar 9.7282 lirəyə bərabər olub. Ekspertlər lirənin uculaşmasının əsas səbəblərini Türkiyənin cari hesablaşmalar balansındakı kəsir və özəl sektorun böyük həcmdə xarici borclanması olduğunu göstərirlər. 

Türk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına, o cümlədən manatın məzənnəsinə necə təsir edəcək?

Xatırladaq ki, Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 4,5 milyard ABŞ dollarına yaxın olub. Prezident R.T.Ərdoğan 2023-cü ilə qədər bu rəqəmin 15 milyard dollara çatdırmağı hədəflədiklərini bəyan edib. Eyni zamanda, Türkiyə Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanın qeyri-neft ixracatının təxminən 33 %-ə yaxını Türkiyə bazarına yönəlib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu ilin aprelində Bakıda baş tutan Türkiyə-Azərbaycan işgüzar görüşü zamanı bildirib ki, Türkiyə investorları Azərbaycana 13 milyard ABŞ dollarına yaxın sərmayə yatırıb. Onun sözlərinə görə, Azərbaycanda qeyri-neft sektoruna investisiya yatıranlar arasında Türkiyə birinci yerdədir. Nazir qeyd edib ki, Azərbaycanın xaricdə ən çox investisiya yatırdığı ölkə də məhz Türkiyədir: “Azərbaycanın təşəbbüskarı olduğu bütün layihələrə Türkiyədə yatırılan investisiyaların ümumi həcmi 19 milyard dollara yaxınlaşıb”.

İqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsində təxminən 1,7 milyard ABŞ dolları həcmində müsbət saldoya malikdir. Onun sözlərinə görə, həm ümumi ticarət dövriyyəsinə, həm də qeyri-neft ixracatında Türkiyəyə ixrac edilən və Türkiyədən idxal edilən məhsulların strukturuna diqqət yetirsək, deyə bilərik ki, türk lirəsinin ucuzlaşması ticarət dövriyyəsinə ciddi təsir göstərməyəcək: “Çünki Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində enerji ixracatının payı yenə yüksək olaraq qalır. 2021-ci ildə də bu iki dövlət arasında enerji sahəsində əməkdaşlıq yüksək olacaq. Belə ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə səkkiz milyard kubmetr təbii qaz nəql edəcək. Qazın qiyməti və ödəniş valyutası məhz ABŞ dolları ilə müəyyənləşdirildiyinə görə milli valyutadakı məzənnə dəyişikliyi buna təsir göstərmir. Eyni zamanda, Türkiyəyə ixrac etdiyimiz qeyri-neft məhsulları müqayisəli üstünlüyə malikdir və lirənin dəyər itirməsi də bizim Türkiyəyə ümumi qeyri-neft ixracatımıza təsir etməyəcək”.

İqtisadçı hesab edir ki, Türkiyə lirəsinin ucuzlaşması bu ölkədən Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və Türkiyədən daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər. “Nəticə etibarilə güman edilir ki, Türkiyədə infilyasiya optimallaşarsa, qardaş ölkənin məhsulları dünya və Azərbaycan bazarında ucuzlaşacaq. Çünki lirə dəyər itirməkdə davam edərsə, digər xərclərdə, xüsusilə istehsal xərclərində lirə ifadəsində dəyişiklik baş verməzsə, bu, həmin məhsulların digər valyutalarda, o cümlədən Azərbaycan manatında xərcinin azalmasına və ucuzlaşmasına gətirib çıxara bilər. O baxımdan, güman olunur ki, lirənin ucuzlaşması davam edərsə, Türkiyədən Azərbaycana idxalın həcmində də artımlar ola bilər. Eyni zamanda, bu istehlak bazarında Türkiyə mallarının qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər”.

Bəs lirənin ucuzlaşması manatın məzənnəsinə təsir edə bilərmi? V. Bayramov qeyd edir ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktor ölkəyə daxil olan və eləcə də Dövlət Neft Fondu vasitəsi ilə bazara çıxarılan valyutanın həcmi olsa da, əsas ticarət tərəfdaşlarımızda milli valyutaların vəziyyəti də diqqətə alınan amillərdəndir: “Doğrudur, bütün bu səbəblər fonunda əsas qərarverici qurum Mərkəzi Bank olaraq qalır. Mərkəzi Bank üzən məzənnə rejiminə keçmədiyi üçün məzənnəyə birbaşa təsir imkanlarını qoruyub saxlayır. Bu baxımdan, növbəti dövrdə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

İqtisadçı Natiq Cəfərli isə deyib ki, Türkiyədə baş verənlərin Azərbaycanın məzənnə siyasətinə heç bir təsiri yoxdur. “Çünki Azərbaycan manatı Mərkəzi bankın qərarı ilə inzibati qaydada tənzimlənir. Neftin qiymətinin çox yüksək olması da manata olan məzənnə basqısını azaldır”,-deyə o vurğulayıb.

N. Cəfərli manatın getdikcə alıcılıq qabiliyyətini itirməsinə diqqət çəkib: “Yəni inflyasiya sürətlə gedir, qiymətlər artır və manatın alıcılıq qabiliyyəti sürətlə düşür. Bu, ən azı, devalvasiya qədər təhlükəli prosesdir”.

İqtisadçı Türkiyədən Azərbaycana gətirilən malların tezliklə ucuzlaşacağını düşünmür: “Lirənin ucuzlaşması prosesi yeni başlayıb. Bir müddət keçməlidir ki, qiymətlərə təsiri olsun. Lakin ciddi ucuzlaşmanın olması da mümkün deyil. Çünki Türkiyənin özündə də inflyasiya prosesləri gedir. Devalvasiya olduqca, lirə dəyərdən düşdükcə, qiymətlər də qalxır. Hazırda Türkiyədə inflyasiya 20%-ə yaxınlaşır”.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam